Блог О пользователеnatiqceferli

Регистрация

20102011 (168)
 
            
1 |2 |3 |4 |5 |6 |7 |8 |9
 

Adamkus və Əliyev…


Litva prezidenti Adamkus, Əliyevin villasını görəndə deyib: “Buna bənzər bir şey etsəm məni kabinetimdən atardılar». Belə çıxır ki, onun oğlunun Dubayda 9 villası olsaydı, onu asardılar, eləmi? Belə də prezident olar? Prezident, hər keçidin lentini kəsmədi, hər tikintidə göstəriş vermədi, özünə, oğluna villa, qizina şirkətlər almadı, o nə prezidentdir ki? Öz qohum-əqrabasına gün ağlaya bilməyən, xalqa nə gün ağlayacaq?

 

Cənub oyanır…


Gün Az TV-yə baxırdım. Urmiyadan bir azəri türk qardaşımız danışır. Deyir ki, güllələr atsalar da, xalqı qorxuda bilmirlər, güllə atanları cavanlar daşa basırlar. İndi də bir xanım danışır, deyir ki, cavanları polisdən qorumaq üçün öz maşınımı qurban verdim! Maşınımı darmadağın etdilər, amma cavanları qorudum!!!Sonda da dedi ki, silahım olsa, silahla da mübarizə aparacam!!!

 

Dəyişən dünya…


Dünya, doğurdan da çox sürətlə dəyişir, cəmi bir il öncə, saqqallı, əlində avtomat “Allah Əkbər” qışqırana “islam terrorçusu” deyirdilər, indi isə “azadlıq aşiqi”, “demokrat”, “tiranların qənimi” deyirlər…

 

 

 

Bayıl niyə sürüşdü?


Bayıl niyə sürüşdü? Mənim versiyam: Türkiyə, AKP, hakimiyyətdən Ramazan ayında Şəhidlər Məscidini açmağı tələb edir, bizimkilər öz ağıllarına görə qərar verərək, orada keçid inşa etməyə başlayırlar ki, məscidin açılmama nədənini tikinti ilə izah etsinlər. Ziya müəllimin özü kimi işçiləri, tikinti qaydalarını pozaraq qazmağa başlayırlar, Bayil dözmür, sürüşür… 

 

Diktaturun «qazancı»…


Diktatorlar, avtoritar hökmdarlar, əvvəl reallıq hissini itirirlər, sonra ətrafında quyruq bulayan insanları itirməyə başlayırlar, ardınca hakimiyyətlərini, çapıb-taladıqları varidatı itirirlər. Sonunda hər şeylərini, mənliklərini, az olsa da var olan insani hisslərini, həyatlarını itirirlər. Bir sözlə, diktator, avtoritar «lider», sonunda həmişə itirir, qazandığı isə xalqın lənəti, tarixin mühakiməsi olur!

 

Üzr istəyirəm…


Hörmətli oxucularım, yay, məzuniyyət sürəci ilə əlaqədar, bloqumu yeniləmirdim, sentyabr ayının 1-dən sonra, yenə də, müntəzəm yazmağa başlayacam. Təşəkkürlər!
 

Öndər belə olar…


Bu gün Nelson Madelanın ad günüdür, 93 yaşı tamam olur. CAR-da 12 million insan, bu gün eyni vaxtda onun şərəfinə yazılan mahnı oxuyublar, və bu ölkənin sivil toplumunun təşəbbüsü olub. Afrikanın Ulu Öndərini təbrik edirəm! Kişi kimi, paşa-paşa 30 il zindanda yatdı, amma öz xalqını yatmağa qoymadı! Öndərlik budur, xalqını yuxuya verənlərdən, soyub-talayanlardan öndər olmaz!  

 

Sən "santexnik" olmağa hazırsanmı?


Bu sistemin iqtisadiyyatda, siyasətdə illərdir yaratdığı problemləri, korrupsiyanı, inhisar problemini ən qısa zamanda həll etmək olar, amma mənəviyyatda, təhsildə yaratdığı əcaiblikləri aradan qaldırmaq üçün illər lazım olacaq. Daha çox işləmək lazım olacaq. Amma öncə sistem dəyişdirilməlidir. Buna görə də, hamımız “santexnik” olmalıyıq… 

 

Səmimiyyətsizlik…


Prezident yanvar ayından bu günədək, 3 dəfə xalqa müraciət etdi ki, vətəndaşlar korrupsiya halları haqqında ona və dövlət orqanlarına məlumat versinlər. Ordunun 3 zabiti Ali Baş Komandana inanaraq, belə bir müraciət etdi. İndi onları 7 ildən 9 ilədək həbs gözləyir. Bu hadisə bir daha korrupsiya ilə mübarizənin kampaniya olduğunu, hakimiyyətin isə səmimi olmadığını sübut etdi! 

 

Ah nə deyim…


Prezident ölkədəki vəziyyət, rəqəmlər, inkişaf haqqında danışanda, insan az qalır  Zəlimxan Yaqubun bir şerini bir az dəyişib, qışqıra-qışqıra bağırsın:

 

Ah nə deyim, ah sana

Gözlərini qaldırıb, ölkəyə bir baxsana…

 

 

"Kommunist party-yə" YOX deyək!


Dostlar, iyul ayının 14-də YAP bulvarda “kommunist party” verir, utanmadan faşizm və nasizm ilə bir tutulan kommunist partiyasının 1-ci katibi seçilmə gününü bayram edir. O partiyanın ki, 1918-də cümhuriyyətimizi boğdu, 37-də millətin qaymaqlarını məhv etdi, 1990-da Bakını al qana boyadı, Qarabağı ermənilərin işğal etməsinə şərait yaratdı. Bilirəm ki, sizlər oraya getməyəcəksiniz, amma getmək istəyənləri də başa salın ki, bu biabırçılıqda iştirak etməsinlər. “Kommunist party-yə” baykot elan edək! 

 

Yenə də O…


Prezident  “2011—2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncam imzalayıb. Sərəncama görə Dövlət Komissiyasının sədri Ramiz Mehdiyev təyin edilib. Əminəm ki, Ramiz müəllim korrupsiyaya qarşı komissiyanın sədri vəzifəsində necə uğur qazanıbsa, bu işdə də möhtəşəm uğura imza atacaq və gələn il, artıq 70% məzun deyil də, cəmi 69% imtahanlardan kəsiləcək!

 

Образ защитника системы…


Давайте я нарисую образ среднестатистического защитника этой власти, этого режима: 

 

 

В школе особым умом не отличались, поступили на платный факультет один из сотен бессмысленных факультетов в БГУ, Иняза, славянского с проходным балом 200—250 (очень часто и меньше)

 

По окончанию папа/мама пристроили сына/дочь работником в банке/секретаршей естественно, за бабки.

 

Люди эти в жизни не пристроены, так как понимают, что за ширмой дешевых понтов сами из себя они ничего не представляют. За пределы Турции/Дубая такие люди выезжали редко, и о построении нормального общества с правами и обязанностями у этих представление, мягко говоря, размытое.

 

 Особой удачей и поводом для понтов является прохождение каких-либо курсов (пускай и 5 дневных) заграницей, чем они потом кичатся не один год.

 

Жизненный девиз — баджарана джан гурбан.

Моральные ориентиры безнадежно сбиты.

 

Тявкают только на тех, от кого точно не получат «сдачи» (в данном случае на оппозицию)  (с)

 

(Юзер форума disput.az)

 

 

Savadlanın…


Azərbaycan, cəmi bir neçə il sonra (bəlkə daha tez), azad, ədalətli və rəqabətli ölkə olacaq. Rəqabət mühitində iş tapmayan minlərlə savadı az olan insanlar bir-birlərinə, “sən də Əliyev-Mərdanov qurbanlarındansanmı”, deyə soruşacaq. Bu sualı verməmək üçün, sistemin bütün eybəcərliklərinə baxmayaraq, savadlanın. Həm də xəyal etdiyimiz Azərbaycanı birgə qurmaq üçün…

 

İnanmırsız? Niyə?


Yanvar ayından bəri prezident, ən azı 3 dəfə xalqa müraciət edib ki, korrupsiya haqqında çəkinmədən ona, hakimiyyətə məlumat versinlər. Azadlıq Radiosunun bacarıqlı və vətənpərvər jurnalistləri, prezidentin sözünü yerə salmayaraq, korrupsiya faktlarını üzə çıxartdılar. İndi prezident tək öz ailə üzvlərinə deyil də, belə dəyərli jurnalistlərə də medal verərək, faktlar üzrə cinayət işinin açılmasına qərar verəcək. İnanmırsız? Niyə?  

 

Taxtsızlar…


Çox maraqlıdır ki, diktatorlar, öz ölkələrini illərdir zülmlə idarə edənlər, çapıb-talayanlar, xalqı, qanunları, heçə sayanlar, taxtdan düşən kimi qocalırlar, xəstələnirlər, komaya düşürlər. Deməli, cinin canı şüşədə olan kimi, onların da canı kreslodadır, taxtsız onlar cılızlaşır, yazıq günə qalırlar. Yəmən prezidenti Ali Salehin bir ay öncə, və indiki şəklinə baxın, nə dediyimi daha yaxşı anlayacaqsız:  



 

Beynəlxalq avtovağzal kompleksi kimin pulu ilə tikilib?


Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və iqtisadçı-ekspert Natiq Cəfərli AzadlıqRadiosunun araşdırmasını müzakirə edirlər:


http://www.azadliq.org/audio/broadcastprogram/338422.html

 

«Təbbi inhisarlar» mövzusunda mühazirə


Azad Fikir Universiteti növbəti interaktiv mühazirəsi “Təbbi inhisarlar” mövzusunda idi.
İyunun 2-si keçirilən tədnirdə spiker qismində iqtisatçı, REAL Hərəkatının katibi Natiq Cəfərli
 çıxış edirdi.

• İnkişaf etmiş ölkələrdə büdcənin formalaşmasında vətəndaşlar əsas rol oynayırlar. Onların vergisi büdcənin əsasını təşkil edir. Amma Azərbaycanda vəziyyət fərqlidir. Dövlətin vətəndaşdan yığılan vergiyə ehtiyacı yoxdur. 15 milyardlıq son büdcənin cəmi 7% əhalidən yığılan vergilərin hesabına yığılıb. Bu da vətəndaşların fikirlərinin nəzərə alınmamasına gətirib çıxarır.

• Azərbaycanda büdcənin formalaşmasında hökümət vətəndaşın vergisinə ehtiyac duymur. Bu isə vətəndaşa münasibətə çox təsir edir. Vətəndaşdan asılı olmayan hökümət təbii inhisarlara olan münasibətində də vətəndaşın mövqeyini nəzərə almayacaq.


Mühazirəyə buradan baxa bilərsiniz:


http://www.azadfikir.org/az/muhazirlr/52-featured-lectures/282-tbbi-inhisarlar-moevzusunda-muehazir

 

İşdən sonra — Pensiyaların artımı…


İqtisadçı-ekspert Natiq Cəfərli qüvvəyə minən yeni qaydaların əhaliyə təsirindən danışır.

 


http://www.azadliq.org/audio/broadcastprogram/336712.html

 

Şirkətə çevrilmiş Vətən…


Dəyərli insanlar, Xədicə xanım və Şahvələd bəyin araşdırmalarından sonra, insanın Azərbaycana dövlət deməyə dili gəlmir. YAP zihniyyəti, hakimiyyət, ölkəni holdinqə, şirkətə, QSC-yə çeviriblər. Cəmiyyət özündə təpər tapıp, bu "şirkəti» yoxlamalı, akt yazmalı, və ləğv etməlidir…

1 |2 |3 |4 |5 |6 |7 |8 |9