Блог О пользователеnatiqceferli

Регистрация

Календарь

« Сентябрь 2011  
Пн Вт Ср Чт Пт Сб Вс
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
4 |5 |6 |7 |8 |9 |10 |11 |12 |13 |14
 

Bu gün gördüyüm mənzərə…


Azərbaycan ordusunun zabiti əli cibində qabaqda gedir, həyat yoldaşı 2 ağır ərzaqla dolu çanta daşıyır, və o arxaya dönərək, «ay itin qızı, tez gəl də», deyərək bağırır. Sizcə, belə zabitlə Qarabağı almaq olar?
 

2011


İlin ilk 10 gününü arxada qoyduq, qlobal olaraq heç nə dəyişməsə də, bu illə bağlı bəzi proqnozlar vermək olar. 2011-ci il, ölkədə siyasi islamın yaranması və möhkəmlənməsi ili olacaq, qiymətlər artacaq, inflyasiya 12—15% civarında olacaq, Qarabağla bağlı heç bir addım atılmayacaq, hakimiyyətin repressiyaları daha da artacaq və vətəndaş cəmiyyəti özündə güc tapıb, layiqli müqavimət hərəkatı yarada bilməsə, ölkə ya Misir, ya da İran variantına yuvarlanacaq.
 

«Quyruqlu» etiraz…


Benzinin qiymətinin qalxdığını eşidib, prezident aparatının qarşısına deyil də, yanacaq doldurma məntəqəsinə axışan millətin hüququnu da əlindən alarlar, torpağını da…
 

Natiq Cəfərli: "Azərbaycanda qiymətlər bazar qanunları ilə deyil, inhisarçı məmurların sövdələşmə...


Ölkədə ərzaq və qeyri-ərzaq sektorunda bahalaşma davam edir. Dekabr ayında bunu “bayramqabağı bahalaşma” kateqoriyasına aid edənlər deyirdilər ki, bayramdan sonra yenidən qiymətlər düşəcək. Amma belə olmadı. Artıq yeni ilin 6 günü arxada qalsa da, qiymət artımı davam etməkdədir. Bunun səbəbini öyrənmək üçün “Deyerler.org” “REAL” həmtəsisçilərindən, iqtisadçı ekspert Natiq Cəfərlinin mövzu ilə bağlı fikrini öyrənib: “Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərinə görə, 2010-cu ildə inflyasiya 5,6 % olub. Amma həmişəki kimi, bu, düzgün məlumat deyil. Hesablamalara görə, ötən il inflyasiya təxminən 11%-ə yaxın olub. 2010-cu ilin sonuna yaxın, xüsusən də sentyabr ayından sonra inflyasiya daha da sürətləndi.

Həmin dövrdə pensiyalar və əmək haqları müəyyən miqdar artırıldı. Bundan dərhal sonra isə süni şəkildə cəmiyyətdə ajiotac yaradıldı ki, qiymət artımı ola bilər və sonra da süni yaradılmış bu şayələr reallaşdı və artım daha sürətlə davam etdi. İlin sonunda bayramlar da qiymət artımına öz “töhvəsini verdi”. Amma təcrübə göstərir ki, Azərbaycanda bayram vaxtı artan qiymətlər sonradan düşmür. Bu da onunla bağlıdır ki, Azərbaycanda qiymətlər bazar qanunları ilə deyil, inhisarçı məmurların sövdələşmələri əsasında tənzimlənir.

Azərbaycanda bu il də pul kütləsinin artımı gözlənilir, çünki bu il ölkədə infrastruktur layihələrinə 5 mlrd manat pul ayrılıb. Bilirik ki, bu məbləğ konkert bölünmədiyindən yeyinti halı çox olur. Artıq pul kütləsi yaranır ki, bu da inflyasiyanın sürətlənməsində rol oynayır.
Qiymətlərin qalxmasına təsir edə biləcək amillərdən biri də neftin qiymətinin qalxmasıdır. Buna görə də bu yaxınlarda yanacağın qiyməti qalxa bilər. 2007-ci ildə dedilər ki, ölkədə benzinin qiyməti çox aşağı olduğundan benzin qaçaqmalçılıq yolu ilə qonşu dövlətlərə daşınır, ona görə də qiymət qalxdı. Bu il də eyni proses baş verə bilər. Xatırladaq ki, 2007-ci ildə bu qiymət artımına görə, inflyasiya 24—25% olmuşdu. Bu il də benzinin qiyməti artacağı təqdirdə inflyasiyanın təxminən eyni səviyyədə olacağı ehtimalı var».

/
deyerler.org/

http://deyerler.org/75155-qiymetler.html
 

«Təzyiq ritorikası»…


Prezidentin və onun məmurlarının «təzyiq ritorikasını» anlamıram, ona və hakimiyyətin digər üzvlərinə olan təzyiqləri, niyə ölkəyə olan təzyiqlər kimi qələmə verirlər ki? Təzyiq istəməyənlər korrupsiya ilə əldə edilən və büdcədən ogurlanan pulları Qərbdə gizlətməsinlər, villalar almasınlar, normal seçki keçirsinlər, islahat aparsınlar. Bu qədər bəsid yəni…
 

Qiymət artımı barədə…


Azadlıq Radiosunda qiymət artımı ilə əlaqədar verlişdə dünənki çıxışım, opponentim deputat Vahid Əhmədov idi:


http://www.azadliqradiosu.az/audio/broadcastprogram/255587.html
 

Gürcüstan və biz…


Ucuz qiymətlər, insani münasibət, Avropasayağı şəhər, rüşvətsiz həyat, bütün bunları yenə Bakıdan cəmi 500 km aralı olan Gürcüstanda müşahidə etdim. Sistemi dəyışməklə ölkəni və xalqı tez bir zamanda dəyişməyin mümkünlüyünə bir daha inandım. Cəmi 3—5 ildən sonra Gürcüstan Şərqi Avropa ölkələrinə çatacaq və onları keçəcək, biz isə bu hakimiyyətlə geriləməyə davam edəcəyik.

 
Qiymətlər çox aşağıdı, manata çevirəndə fantastik ucuzluqdur: ət — 3,4 manat, portağal 1,2 manat, yaxşı şərab (burada 10 manata satılan) - 2 manat, ən bahalı restoranlarda şərabla yaxşı nahar və ya şam yeməyi adam başına 10—15 manat, taksi xidmətləri (benzinin orada daha baha olmasına baxmayaraq) - Bakıdan 2—3 dəfə ucuz, otel — 2 dəfə ucuz, xaricdən gətirilən (yerli istehsal olmayan) mallar (bizdə də satılan) - təqribən 2 dəfə ucuzdu, deməli, bizdə qiymətlərin tən yarısı, təqribən 50—60%-i (bəzən daha çox) korrupsiya «vergisidir»…
 

Gec də olsa…


Bütün oxucularıma dovşan ilində şir ürəyi arzulatıram…
 

Ötən həftənin bloqları nədən yazırdı…


LAZIMLI VƏ GƏLİR GƏTİRƏN YANĞINLAR…

Natiq Cəfərli xatırlayır ki, Qədim Romada, Miladdan öncə 1-ci əsrdə, məşhur siyasətçi və sərkərdə, Spartakın qiyamını yatırdan, Marcus Licinius Crassus kapitalını yanğınsöndürmə xidmətini özəlləşdirməklə qazanıb. Mülkünü almaq istədiyi adamların evlərini yandırırdı, sonra söndürürdü. Beləliklə, yanğından sonra borca düşmüş zavallı mülkədarlar arasında həm nüfuz qazanırdı, həm də pul:

“26.06.2006-ci ildə, Üzeyir Hacıbəyov küçəsi, 13-də yerləşən Zabitlər Evi yandı, daha doğrusu, yandırıldı, və bu hadisədən sonra, binanın yararsız hala düşməsi haqqında bir akt tərtib etməklə, həmin ərazinin mülkiyyət hüququ dəyişdirildi.

Bu gün səhər saatlarında, elə həmin ünvanda, yəni, Üzeyir Hacıbəyli küçəsi, 5 ünvanında
Üzeyir Hacıbəyov küçəsində yanğın
yerləşən, keçmiş Travmatologiya Xəstəxanasının binasında yanğın başlayıb. Təqribən 1000 kv metr ərazi yanıb, bina yararsız hala düşüb, və çox güman ki, daha bir akt yazmaqla, milyonlarla dəyəri olan ərazinin də mülkiyyətçisi dəyişdiriləcək. Hakimiyyət mənsubları belə mafiya üsulları ilə varlanmağa davam edirlər. Onlar üçün müqəddəs heç nə yoxdur.

Amma mən bir məsələdən qorxuram, birdən gün gələr, bunların başı elə dönər ki, sonunda Neron sindromuna tutularlar, və Bakını yandırmaqla, tarixə düşmək istəyərlər. Zatən yaxşı əməllərlə, bunların tarixdə qalmaq şansları, ən pisi, heç istəkləri belə yoxdur…”.


http://www.azadliqradiosu.az/content/article/2259289.html
 

İdman ölkəsi yox, hüquqi dövlət olmaq istəyi…


İlham Əliyev: “Azərbaycan dünyada idman dövləti kimi tanınır”. Cənab prezident, bəs nə vaxt Azərbaycan dünyada torpaqlarını geri qaytarmağa qadir olan, azad seçki keçirən, insan hüquqlarına hörmət edən, demokratik bir dövlət kimi tanınacaq? Nə vaxt təhsili ilə, səhiyyəsi ilə tanınacaq? Nə vaxt korrupsiyanın olmaması ilə öyünəcək? Yoxsa Siz deyirsiz elə çalıb-oxuyub idman edək?
 

Dövranın yetişdirdikləri…


‎19-cu əsrin sonunda əsməyə başlayan Zərdabi küləyi dahi Üzeyir bəyi, 20-ci əsrin Brejnev durğunluq küləyi yaltaq Zeynəb Xanlarovanı, 21-ci əsrin avtoritar «heydərizm» küləyi isə mənasız və məzmunsuz Pişik Güneli yetişdirdi…
 

Tort və simvollar…


İndi ad günlərində tort yeyə bilməyəcəm, əlimi torta uzadanda, gözümün qabağına Gəncədə asfaltın üzərindən tortun artıqlarını yığan qoca nənə gələcək. O səhnə mənadardır, 49 metrəlik tort Ailəyə çatan neftin və sərvətlərimizin, o qoca nənə isə xalqımıza düşən payın simvoludur…
 

Lazımlı və gəlir gətirən yanğınlar…


Qədim Romada, Miladdan öncə 1-ci əsrdə, məşhur siyasətçi və sərkərdə, Spartakın qiyamını yatırdan, Marcus Licinius Crassus kapitalını yanğınsöndürmə xidmətini özəlləşdirməklə qazandı.

Mülkünü almaq istədiyi adamların evlərini yandırtırırdı,
sonra söndürürdü. Beləliklə, yanğından sonra borca düşmüş zavallı mülkədarlar arasında həm nüfuz qazanırdı, həm də pul. Crassusdan əqd bağlamaq təklifi gələndə, artıq kimsənin imtina etməyə cürəti çatmırdı, çünki bilirdilər ki, evləri yandırılacaq.

Dostum Erkin bəyin köməyi ilə tarixi yada salmağımın məqsədi var. Dövlətin, ayrı-ayrı qurumların, sadə vətəndaşların mülkiyyətlərinə göz dikən hakim «elita», günü bu gün də, Marcusun metodlarından istifadə edir.

Yadınızdadırsa, 26.06.2006-ci ildə, Üzeyir Hacıbəyov küçəsi, 13-də yerləşən Zabitlər Evi yandı, daha doğrusu, yandırıldı, və bu hadisədən sonra, binanın yararsız hala düşməsi haqqında bir akt tərtib etməklə, həmin ərazinin mülkiyyət hüququ dəyişdirildi.

Bu gün səhər saatlarında, elə həmin ünvanda, yəni, Üzeyir Hacıbəyli küçəsi, 5 ünvanında yerləşən, keçmiş Travmatologiya Xəstəxanasının binasında yanğın başlayıb. Təqribən 1000 kv metr ərazi yanıb, bina yararsız hala düşüb, və çox güman ki, daha bir akt yazmaqla, millionlarla dəyəri olan ərazının də mükiyyətçisi dəyişdiriləcək. Hakimiyyət mənsubları belə mafiya üsulları ilə varlanmağa davam edirlər. Onlar üçün müqəddəs heç nə yoxdur.

Amma mən bir məsələdən qorxuram, birdən gün gələr, bunların başı elə dönər ki, sonunda Neron sindromuna tutularlar, və Bakını yandırmaqla, tarixə düşmək istəyərlər. Zatən yaxşı əməllərlə, bunların tarixdə qalmaq şansları, ən pisi, heç istəkləri belə yoxdur….

 

Сказка о «повелителе обезьян»


Сказка о «повелителе обезьян»

Притча Лю Джи, китайского сказителя четырнадцатого века, например, весьма четко характеризует забытое понимание политической власти[i]:

«В феодальном государстве Чу жил старик, который держал в качестве прислуги обезьян. Население Чу называло его «Джи гонг» (повелитель обезьян).

Каждое утро старик собирал обезьян в своем дворе и приказывал старейшей обезьяне вести остальных в горы собирать фрукты с деревьев и кустов. По правилу, каждая обезьяна должна была отдавать одну десятую собранного старику. Тех, кто не делал этого, безжалостно пороли. Все обезьяны жестоко страдали, но не решались жаловаться.

Однажды маленькая обезьянка спросила остальных: «Сажал ли старик эти фруктовые деревья и кустарники?» Остальные ответили: «Нет, они сами выросли». Тогда маленькая обезьяна опять спросила: «Разве мы не можем собирать фрукты без разрешения старика?» Остальные ответили: «Да, можем». Маленькая обезьяна продолжала: «Тогда, почему мы должны зависеть от старика, почему мы все должны служить ему?»

Еще не кончила говорить маленькая обезьяна, как все обезьяны внезапно поняли и пробудились.

Той же ночью, увидев, что старик уснул, обезьяны разрушили барьеры, за которыми их держали и полностью разрушили частокол. Они также забрали фрукты, которые старик держал в хранилище, унесли их в лес и больше не возвращались. Вскоре после этого старик умер от голода.»

Ю-ли-зи говорил: «Некоторые правят своими народами с помощью трюков, а не справедливых принципов. Разве они не похожи на повелителя обезьян? Они не подозревают о своей глупости. Как только их народ образумится, их трюки больше не срабатывают».

 

Qiymət «genosidi»…


Hakimiyyətin gündən-günə artırdıqları rüşvəti qarşılamaq üçün, həm də hakimiyyətdə olan oliqarxların xalqı daha çox soymaları üçün, qiymətləri hən birbaşa, həm də mal və məhsulların çəkisini azaldaraq qaldırırlar. Bir sözlə «yolma» prossesi davam edir. Millət isə……sakitcə bayrama hazırlaşır…
 

Вернитесь…….. в армию!


Интервью Эльнура Асланова:

«Вы должны знать, что по возвращении в Азербайджан будут решены ваши вопросы, связанные с трудоустройством. Недавно выступая в Нефтяной Академии, Президент Ильхам Алиев особо подчеркнул важность и необходимость возвращения на Родину азербайджанских студентов, и отметил, что молодые, интеллектуальные, креативные молодые люди нужны Азербайджану»

http://www.1news.az/analytics/20101222105337026.html


А теперь внимание:


Вносятся изменения в закон о призыве на военную службу в Азербайджане:
«По словам С.Новрузова, в законе найдет отражение вопрос привлечения к воинской службе лиц, обучающихся за рубежом, и аспирантов».

http://news.day.az/politics/244498.html



Вот так вот, а вы что подумали? :))

 

ANS ÇM-in efirində eşitdiklərim…


Bir saat bundan öncə maşında ANS ÇM-də sosial problemləri işıqlandıran bir proqrama qulaq asırdım. Aparıcı Səbinə xanıma Kürdəmir rayonunun sakini zəng edərək şikayət edir ki, yazda Kür daşqınları zamanı onun evinə də ziyan dəyib, amma bu günə qədər heç bir təşkilat bu problemlə maraqlanmayıb. Aparıcı telefonla həmin rayonun fövqəladə hallar komissiyasının sədrinə bağlanaraq, ondan bu məsələyə aydınlıq gətirməsini istədi. Kürdəmir rayonu FH komissiyasının sədrinin cavabı məni xeyli güldürdü:

- Xanım, hörmətli, möhtərəm nazirimiz Kəmaləddin Heydərovun səyləri nəticəsində bizim rayon ərazisində Kür daşmayıb!!!
 

Natamamlıq kompleksi…


Bu avtoritar rejimlər görəsən niyə eyni cürə axmaqdırlar? Hamiya aydındır ki, seçkilərdə heç bir ölkədə, heç vaxt vətəndaşların 90—95%-iştirak edə bilməz, amma bütün bu tip rejimlər israrla belə oranda rəqəmlər açıqlayırlar. Nədəni mənim üçün aydındır: natamamlıq kompleksi.
 

Уроды надоели…


 

Интеллегентная женщина стоит перед полицией в Минске и говорить молодым полицейским: «Неужели и вам этот урод не надоел?». На самом деле, уважаемые охранники абсурдных режимов которые за это получают копейки и народный гнев, вам уроды не надоели?

 

Son hadisələrə münasibətim


Son günlər dini çevrələrin aktivləşməsini, onların siyasi tələblərlə meydana çıxmalarını, özü də, indi meydana çıxmalarını, bir çoxları hakimiyyətin köhnə-yeni oyunu kimi dəyərləndirir. Belə görüntü yaratmaqla, hakimiyyət Qərblə əlaqələrdə müəyyən üstünlüklər qazanmaq istəyir, din faktoru ilə onları, özü də, tək Qərbi deyil, həm də Şimalı qorxutmaqla özünə qarşı daha loyal münasibət görmək istəyir. İlk baxışdan məntiqli fikirlərdir. Amma, qeyd etdiyim kimi, bu yeni bir oyun deyil, illərdir hakimiyyət bu oyunu oynamaq istəyir. Əgər bu doğurdan da belədirsə, onda bu məsələyə 3 aspektdən yanaşmaq lazımdır:
1) İllərdir bu oyunu oynamaqla müəyyən qazanclar əldə edən hakimiyyət bilməlidir ki, Qərb və Şimal axmaq deyillər, onların ölkədə və bölgədə güclü kəşviyyat və analitik şəbəkələri vardır, və bunun bir oyun olması onlara, yəqin ki, çoxdan məlumdur. Həm də, hakimiyyət bilməlidir ki, keçən əsrin 70-ci illərində İranda buraxdıqları səhvləri, çox güman, indi buraxmazlar ki, özlərinə böyük problem yaratmasınlar. O vaxt Qərb  Rza Şaha gözüyumulu islamçılara qarşı dəstək olsa da, sonunda uduzdular, və bu günəcən davam edən böyük bir sorun yaratdılar. 

2) Əgər hakimiyyət belə bir oyun oynayırsa bilməlidir ki, yaratdığı dözülməz korrupsiya və hüquqsuzluq şəraiti cəmiyyətdə hər hansı bir passionar çevrələrin aktiv mübarizəsinə qoşulmaq üçün münbit şərait yaradıb. İnsanlar hər hansı bir cüc gördükdə, dirəc  gördükdə, bu sistemə qarşı hızla birləşə bilərlər. Bu odla oynamaqdır.

3) Daha bir məsələ odur ki, baş verənlərin obyektiv səbəbləri var, illərdir bu hakimiyyət sivil, dünyəvi müxalifəti və müxalifliyi əzir, vətəndaş cəmiyyətinin yaranmasını əngəlləyir, bütün sağlam rəqabət yarada biləcək təşəbbüsləri beşikdəcə boğur. Bunun sonucu olaraq, cəmiyyətin müəyyən kəsiminin radikallaşması təbiidir, sistem bunu anlamalıdır.
 

Yazdıqlarım o anlama gəlmir ki, dini çevrələr öz inanclarını, dəyərlərini qorumamalıdırlar, əsla yox. Onların da vətəndaş kimi, cəmiyyət üzvü kimi, haqqlarını qorumağa, yürüş və mitinq keçirməyə, toplumun nəzərini özlərinin problem saydığı məsələlərə cəlb etməyə tam ixtitarları var. Amma bu insanların haqq və azadlıqları tək dini mövzularda, dəyərlərdə axtarmaqları və savunmaqları, yetişkin insan və cəmiyyət kriteriyalarına heç uyğun gəlmir. Bir sözlə, ‎«Hicab namusumuzdur» deyib etiraz edənləri anlayıram, bu onların haqqıdır, amma onlar «azad seçki namusumuzdur», «rüşvət namusuzluqdur», «torpaq namusumuzdur», «azadlıq haqqımızdır», «ateistlər də haqlı ola bilər», deməyincə, onlara şübhə ilə yanaşmaq da mənim haqqımdır.
4 |5 |6 |7 |8 |9 |10 |11 |12 |13 |14