Блог О пользователеnatiqceferli

Регистрация

Календарь

« Сентябрь 2011  
Пн Вт Ср Чт Пт Сб Вс
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
3 |4 |5 |6 |7 |8 |9 |10 |11 |12 |13
 

«Dezinfeksiya»…


 

XİN Misirdəki və Tunisdəki vətəndaşlarımızı ölkəyə gətirmək üçün xüsusi uçaqlar göndərir. Bunlar lap şir ürəyi yeyib, qorxmurlarmı ki, oralardan qayıdan insanlar «etiraz virusuna» yoluxarlar? Qayıdanları, hər ehtimala qarşı, hava limanında «dezinfeksiya» etmək lazımdır…

 

«Uzaq görən» YAP…..


 

 

Siz YAP-ın uzaq görənliyinə bir fikir verin, Mübarəkin heykəlini o vaxtdan elektrik stulunda Xırdalanda inşa edib…


P.S. İndicə aldığım məlumata görə, YAP Müslüm Maqomayevin "Şah İsmayıl» operasına, ƏRƏBzəngi obrazına görə qadağa qoyub…

 

 

«Atanı al da get»…


“Atanı al da get”…

 

Ərəb-müsəlman aləmində başlayan hərəkat, bir neçə maraqlı məsələləri üzə çıxartdı:

1)     

HakHakimiyyəti dəyişməyin sivil, qanuni, siyasi seçim yolu qalmayanda, və bu açıq-aydın insanlara bəlli olanda, mütləq aşağıdan hərəkat başlayır. Tunisdə, Misirdə, Yəməndə baş verən proseslərin əsas nədəni də budur ki, insanlar seçkilərə inamlarını tam itirdilər.

2)     

Bel Belə rejimlər, belə hakimiyyətlər seçkilərdə saxtakarlıqları absurd hədlərdə edirlər. Bir neçə ay öncə, həm Tunisdə, həm də Misirdə, hakim partiyalar, seçkilərdə 90% civarında səs “qazanmışdılar”. İndi isə xalq onları qovur, deməli, belə rejimlərdə seçki rəqəmləri hədsiz dərəcədə şişirdilir.

3)     

ƏrəƏrəb-müsəlman aləminin sivil dünyəvi proseslərdən nə qədər uzaq düşmələrini bu hadisələr aşkar sübut etdi. Özgürlüklərin, insan azadlıqlarının ilk və dayanaqlı, böyük nəticələr verən dalğası, Qərbi Avropada və ABŞ-da 60-cı illərdə başladı. Əvvəl tələbələrlə başlayan hərəkat, sonra cəmiyyətin bütün kəsimlərinə yayıldı, ABŞ-da afro amerikalıların hərəkatı gücləndi, və sonuc olaraq, Qərbi Avropa və ABŞ yeni, daha dinamik, daha özgür, xalqın rifahı daha da artıq olan bir cəmiyyətlərə qovuşdular.


Bu hadisələrdən tan 20—25 il sonra, Şərqi Avropa “ayıldı”, və həmin proseslər, böyük sütətlə bu regionda da getməyə başladı. Ardınca Sovetlər çökdü, və Baltikyanı dövlətlər, o dalğanı yaxalayaraq özgürləşdi. Ruslar isə başqa sovet respublikalarını o dalğaya qapılmağa qoymadı, amma az da olsa, bir çox post-sovet respublikası özgürlüyün nə olduğunu anlamağa başladı.


İndi isə, həmin hadisələrdən, yenə də 20—25 il keçəndən sonra, ərəb-müsəlman dünyası özgürlüklər dalğasını, dəyişim havasını, azadlıq duyğusunu hiss etmək, inkişaf etmək istəyir.


Beləliklə, ərəb-müsəlman dünyası Şərqi Avropadan 25—30 il, Qərbi Avropadan, ABŞ-dan isə 50—60 il geri qalırlar. Bu tək özgürlüklərdə deyil də, elmdə də, tibbdə də, təhsildə də belədir. Və bu heç də pis deyil, 50 il bundan öncə ərəb-müsəlman dünyası, Avropa və ABŞ-dan 150—200 il geri qalırdılar. İndiki texnoloji çağda, əgər bu dalğanı yaxalayan ərəb-müsəlman dünyası sivil, insan hüquqlarına sayqılı, elmə, təhsilə fikir verən bir sistem qura bilsələr, aradakı fərqi çox tez qapaya bilərlər.


Bu dalğanın sonunda dünya tamam dəyişəcək, bu bir başlanğıcdır. Bu trendin sonunda Russiya özgürləşərək parçalanacaq, ondan öncə isə bütün post-sovet avtoritar rejimlər bir-bir çökəcəklər.


Mən heç də istisna etmirəm ki, bu dalğanı Qərb yaradır və dəstəkləyir. Qərb, nəhayət ki, anladı ki, ərəb-müsəlman aləmində və başqa avtoritar rejimlərdə iqtisadi maraqları və “sabitliyi” qoruyaraq siyasi maraqları, insan hüquq və azadlıqlarını, belə fundamental dəyərləri gözardı etməklə, sonunda həm iqtisadi maraqlarını itirir, həm imicini, həm missionunu, həm də lokal müharibələrdə öz insanlarını. Ona görə də, müsəlmanla çatışmaqdansa, onu normal sistemə itmək, daha sərfəli və məntiqlidir.


Dünya sürətlə dəyişir, və bizim borcumuz bu dəyişən dünyara trendi müəyyən etməklə, ölkəmizi daha üstün yerlərə daşımaq, azad, hüquqi bir dövlət qurmaqdır ki, bu dəyişən dünyada layiqli yer tutmağı bacaraq.

 

P.S.  Misir xalqı dünən Mübarəkin oğlunun evinin qarşısında mitinq keçirib, ən çox səslənən şüar, «atanı al da get» olub. Ləzzət elədi bu sloqan…

 

 

Əli yolu…


Bizim hakimiyyət anlamalıdır ki, Tunisdə və Misirdə baş verən hadisələrin əsl səbəbi, hakimiyyətin qanuni yolla, seçki yolu ilə dəyişdirməyin mümkünsüzlüyü oldu, vikiliks, korrupsiya, qiymət artımı ikinci — üçüncü dərəcəli səbəblərdir…


Xülasə, hakimiyyətin iki yolu var: ya islahatlar, yəni Saakaşvili yolu, ya da Ben Əli yolu…


P.S. YAP-da olan dindarlar, yəqin ki, Tunisdən sonra "Əli yolu haqqı» andından çəkinərlər…

 

Cavabsız sual…


Çox ciddi sualım var: İnsan namaz qılmırsa, oruc tutmursa, zəkat əvəzinə vergi verirsə, hicab taxmırsa, lakin insan hüquqlarını qoruyursa, vətənini sevirsə, millətinə xidmət edirsə, korrupsiyaya bulaşmırsa, hüquqi dövlətə, insan hüquqlarının aliliyinə inanırsa, cənnətə düşə bilər, yoxsa yox?
 

Yaddaş….


Bu gün disput.az forumunda mövzu açıblar ki, yaddaşınızda neçə yaşınızdan sonra anımlar qalıb. Bir anlıq düşündüm, 2—3 yaşımda AzTv-də H. Əliyevin çıxış etməsini xatırladım, indi 38 yaşım var, bu kanal hələ də H. Əliyevi göstərir…
 

"Не так, так этак", или «O olmasın, bu olsun»…


В 2010-м году румыны, сделали «ход конем», и объявили и президента Туркмении, и нашего президента человеком года в этой стране:

Гурбангулы Бердымухаммедов объявлен «Человеком года»

АШХАБАД.  Президент Туркменистана Гурбангулы Бердымухаммедов стал «Человеком года-2010» по версии Института международных отношений и экономического сотрудничества Румынии.

http://www.turkmeninform.com/ru/news/20100905/03190.html

Влиятельный журнал Румынии и Юго-Восточной Европы «Balcanii şi Europa» («Балканы и Европа») объявил в Бухаресте Президента Азербайджана Ильхама Алиева «Человеком года» 2010 года.


http://1news.az/chronicle/20110122093445684.html

Все очень просто, такие авторитарные лидеры с комплексами неполноценности, обожают лесть, а цыгане хорошо знают это, вот и, раздавая такие бумажки, привлекают в страну многомиллионные инвестиции. Очень умно, честное слово молодцы…


 

Cəmiyyətdə «Stokqolm sindromu»…


Bu arsurd və qorxunc sistem dağılandan sonra ən çox psixoloq peşəsinə ehtiyac duyulacaq. Vətəndaşların böyük bir hissəsini «Stokqolm sindromundan» xilas etmək lazım olacaq.

Cəmiyyətdə insanlar var ki, hər şeyə ramən, bu hakimiyyəti sevirlər, onların hər etdiyinə haqq qazandırmağa çalışırlar, bunun da kökündə qorxu dayanır, bu isə artıq «Stokqolm sindromunun» təzahürüdür. Belə insanlara kömək lazım olacaq…
 

Tunis azərbaycanlıları…


Dünən ANS TV-də Azərbaycanın Tunisdəki nümayəndəsi deyir: «Tunisdə vəziyyət mürəkkəb olaraq qalır, qeyri-sabitdir, bizim ölkənin orada olan vətəndaşlarına Bakıya qayıtmaq üçün kömək təklif olunub, amma heç kim dönmək istəməyib». Deməli, «sabit» Bakıdansa, orada qalmağı üstün tutublar. Anlayırsan, ay hakimiyyət?
 

Azadliq və barmaq…


Hər alanda azadlıq istəyirəm. Özü də fulun-fulu…


Barmaq sındırmaq istəyənə orta barmağı israrla göstərmək lazımdır ki, həddini bilsin…
 

20 Yanvar…


Bu gün tariximizin çox az günlərindən biridir ki, mən bu topluma, bu millətə, bu xalqa aid olmağımla fəxr etmək istəyirəm. 20 yanvar şəhidlərinin ruhları ancaq o vaxt şad olacaq ki, biz ölkəmizdə azad, demokratik, hüquqi dövlət qurmağı bacaracayıq.
 

Dövləti axtarıram…


Statistika idərəsinin qarşısında svetafor işləmir, DYP əməkdaşları 50 metr aralıda dayanıb, bu olayı seyr edir, maşını saxlayıb onların niyə yolu tənzimləməmələrini soruşdum, kobud cavab verdi, 102 zəng edib, şikayət etdim, operator xanım mənə cavab verdi ki, siz DYP-ya təlimat verə bilməzsiniz. Ona mənim vergilərimlə yaşadığını bildirəndə isə, dedi ki məni dövlət saxlayır. İndi o xanımı saxlayan Dövləti axtarıram…
 

Biz və monqollar…


Deyillər ki, Monqolstanda son dövrlərdə suisid hadisələri kəskin artıb. Uzmanlar araşdıb: özünə qəsd edənlərin əksəriyyəti, bizlərin bir-birbirimizə «monqol» deməsinə dözməyib, bu addımı atıblar.
 

Azadlıq Radiosunda diskussiya


Eks deputat Nazim Məmmədovla mənim iqdisadi azadlıqlar haqqında olan diskussiyanı dinləyə bilərsiz:

http://www.azadliqradiosu.az/audio/feature/295737.html

 

Afrika da olamadıq…


Sosial şəbəkələrdə millət qol-qanad açıb oynayır ki, bəs Tunusdə, 23 il xalqın qanını soran aftoritar rejim çöküb, və onların «ulu öndəri» ölkədən qaçıb. Bu hadisələrın alovlanmasının nədəni, hakim ailə haqqında çıxan məlumatlar oldu. Hakimiyyəti mafiya ilə müqaisə edən məlumatlar, hakim ailənin qanunsuz əməlləri, korrupsiya fəaliyyətləri haqqında olan informasiya ölkədə bilinən kimi, ilk öncə tələbələr ayağa qalxdı, sonra isə diktatoru devirdilər.

Eyni məzmunlu məlumatlar bizim hakimiyyət haqqında xarici mətbuat yayımlarında, yerli müxalifət KİV-lərində və İnternet resurslarında yayılanda, Tunis tələbələrindən fərqli olaraq, bizim tələbələr qış sesiyasının imtahan qiymətlərini müzakirə etmək üçün çayxanalarda toplaşdılar…

Nə isə, Afrika modeli də ola bilmədik…
 

«AN» şəbəkəsinin «think tank» layihəsinin təqdimatı keçirilib


Yanvar ayının 14-də «AN» şəbəkəsi son bir il ərzində üzərində işlədiyi, German Marshall Fondu tərəfindən maliyyələşdirilən «Think Tank» (Beyin mərkəzi) layihəsini təqdim edib. Bir il ərzində layihə çərçivəsində müxtəlif sahələrdə azərbaycanlı ekspertlər tərəfindən siyasi sənədlər hazırlanmışdır. Tədbir layihənin koordinatoru Rəşad Şirinin çıxışı ilə başlayıb. Rəşad Şirin «deyerler.org„-a açıqlamasında deyib ki, bu layihə müxtəlif sahələrdə, müxtəlif istiqamətlərdə siyasi sənədlərin hazırlanması ilə bağlı olub: «Burada yazılan sənədlər xaricdə təhsil almış gənc həmvətənlərimiz tərəfindən yazılıb. Sənədlər müxtəlif sahələri əhatə edir. Məqsədimiz isə dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, insan kapitalının inkişafına, uşaqların müdafiəsinə yardım etməkdir“».
Tədbirdə insan kapitalının inkişafı, beyin mərkəzləri və onların dövlət idarəçiliyindəki rolu, yerli özünüidarəetmə, iqtisadi inkişaf, gənclər siyasəti, keçid dövrü ədaləti, şəxsi həyat və ifadə azadlığı, uşaqların müdafiəsi mövzularında sənədlər təqdim olunub.
İqtisadçı ekspert Natiq Cəfərli «deyerler.org«-a açıqlamasında bildirib ki, layihə çərçivəsində bir il ərzində müxtəlif vaxtlarda görüşülüb, müzakirələr aparılıb. Natiq Cəfərli «Təbii inhisarların problemləri və onun həlli yolları» mövzusunda layihə təqdim edib. Layihədə N.Cəfərli Azərbaycanda mövcud təbii inhisarçılıqdan danışıb. O, ARDNŞ, AzərSu, AzərEnerji və bu tipli digər dövlət inhisarında olan təbii inhisarçıların problemləri və onların həlli yolları barəsində təqdimat edib.

Deyerler.org
 

"Şayiəyə inanan vətəndaş hökumətə inanmır"


«Bizim vətəndaşlar hökumətə inanmır». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı ekspert Natiq Cəfərli benzinin qiymətinin qalxması barədə yayılan şayiələrə münasibət bildirərkən deyib. O deyir ki, vətəndaşın buna həm də əsası var.

«Azərbaycanda çox təəssüf ki, illərdir belə bir praktika hökm sürür ki, Tarif Şurası 2007-ci ildə olduğu kimi gecənin bir aləmi yığışır, səhər tezdən ölkədə yeni qiymətlərlə vətəndaşlar qarşı-qarşıya qalırlar. Bu son şayiədə mənim nəzərimi cəlb edən bir məsələ oldu ki, bu yanacaqdoldurma stansiyalarında bu ajiotajı görəndə anladım ki, bizim vətəndaş hökumətə inanmır. Hökumətə inansaydı, dövlətimizə inansaydı, dövlətin yürütdüyü siyasətə inansaydı, bu şayiələrə inanmazdı ən azından. Şayiəyə inanan vətəndaş deməli hökumətə inanmır. Bilir ki, hökumət ona qadirdir ki, bir gecənin içində ən azı bir qiyməti qaldırsın».

VƏTƏNDAŞ CƏMİYYƏTİ GÜCLÜ OLSAYDI…

Natiq Cəfərli deyir ki, onun nəzərini cəlb edən məsələlərdən biri də o olub ki, vətəndaş cəmiyyəti güclü olan ölkələrdə belə bir məsələ gündəmə gəlsəydi, vətəndaşlar yanacaqdoldurma stansiyalarına deyil, öz etirazlarını bildirmək üçün. hökumət evinin qarşısına yığışardılar.

İqtisadiyyatda şayiələr, gözləntilər çox şeyi deyir. Bunu isə digər iqtisadçı-ekspert Nazim Məmmədov deyib. Ekspert deyir ki, insanlar bazar iqtisadiyyatı ilə hərəkət etməlidirlər.

«Mən hesab edirəm ki, elə bahalı maşınlarda da, ucuz maşınlarda da benzin stansiyalarının qabağına gedən şəxslərin fikirlərində hələ azadlıq yoxdur. Hələ o beyinlərdə inkişaf yoxdur. Çünki bir dəfə çənini dolduracaq o, əgər bahalaşmış olsa da, benzin, bunu fikirləşib, bu şayiələrə uyub benzin stansiyalarının qarşısına yığışmazdılar. Təbii ki yüz litr almaqla özünü ömür boyu qarantiya edə bilməz. Ona görə bazar prinsiplərinə uyğun öz işlərini qurmalıdır insanlar».

Nazim Məmmədov deyir ki, bazar iqtisadiyyatı müxtəlif məhrumiyyətlər gətirsə də, hökumətin üzərinə düşən iş ondan ibarətdir ki, qiyməti tənzimlənən qiymətləri şayiə ilə yox , iqtisadi əsaslaşdırılmış şəkildə etsin:

«Yəni əgər bunu artırmaq lazımdırsa, artıracaq, artırmaq lazım deyilsə, artırılmayacaq. Normal düşünən insan bilməli idi ki, ilin başlanğıcında əgər keçən ildən bu ilin proqnozları göstərilibsə, makroiqtisadi inflyasiyanın dərəcəsi də, ümumdaxili məhsulun artımı da, bütün makroiqtisadi parametrləri hökumət qəbul edibsə təbii ki, ilin başlanğıcında bunları alt-üst etməyə yəni makroiqtisadi sabitliyi pozmağa heç kəs rəvac verməz».

İQTİSADİ AZADLIQLAR VAR, YOXSA YOX?

Natiq Cəfərli isə opponenti ilə razılaşmayıb. O deyib ki, faktlar bunun əksini deyir.

«2006-cı ilin dekabrında Rövnəq Abdullayevin açıqlamaları vardı ki, gələn il benzinin qiymətinin artması mümkün deyil, biz bu barədə düşünmürük. Həmin proqnozlar da verilmişdi. Büdcənin inflyasiya proqnozları da var idi. Amma yanvarın 7-də gecə saat 10-da elan etdilər ki sabahdan qiymət qalxır. Halbuki bu da qeyri-qanuni idi. Çünki Tarif Şurası haqqında əsasnamədə bir həftədən öncə vətəndaşların hər hansı bir tarifin qaldırılması haqda xəbərdar edilməsi haqda bir müddəa var».

Ekspertlər
«Heritage Foundation» və «Wall Street Journal»ın iqtisadi azadlıqlarla bağlı yeni hesabatına da münasibət bildiriblər.

Nazim Məmmədov hesabatın həqiqəti əks etdirmədiyinə iddia etməsə də, istənilən sorğuların subyektivliklə əlaqəli olduğunu söyləyib. O deyib ki, bu sorğunun xarici investisiyaların maliyyə sabitliyinə Azərbaycan hökuməti ziyan vurur deməsi onda böyük şübhələr yaradıb. O, bununla razılaşmır: «Çünki Azərbaycan hökuməti xarici investisiyaların Azərbaycana gəlməsində maraqlıdır və bunun üçün hökumət hər bir şərait yaradıb».

Natiq Cəfərli isə hesabatın tamamilə doğru olduğunu söyləyib. Onun sözlərinə görə, hətta indeksdə Azərbaycanın yeri bir az da yüksək göstərilib.


http://www.azadliqradiosu.az/content/article/2275201.html
 

Avtoritarizmin mahiyyəti…


Tacikistan torpaqlarının bir hissəsini Çinə satdı, özü də pul büdcəyə deyil də, 9 uşaq atası olan İmomali Raxmonun cibinə getdi. Neyləsin «yazıq», ailəsini bir təhər dolandırmalıdır axı. Bu hadisə bir daha sübut etdi ki, avtoritar rejimlər üçün müqəddəs heç nə yoxdur, onlar vicdanını da, millətini də, dinini də, torpağını da pula satarlar.

P.S. Həyasızlığın dərəcəsinə baxın ki, bu ölkənin xarici işlər naziri Xaxramon Zarifi bu hadisəni «böyük dipllomatik uğur» adlandırıb. Belə rejimlərin ritorikası da, xalqı altadma dili də eynidir.
 

12 milyard manat necə xərclənib?


BÖLGƏLƏRİN İNKİŞAFINA 2 MİLYARD QOYULSA DA…

İqtisadçı Natiq Cəfərli də Zöhrab İsmayılla həmfikirdir. Onun sözlərinə görə, 12 milyardın təxminən iki milyardı regionların inkişafına yönəlib. Amma iki milyardın müqabilində büdcəyə az qala qəpik-quruş daxil olur:

«Məqsəd Neft Fondundan büdcəyə ayrılan pulların korrupsiya yolu ilə mənimsənilməsidir. Belə təsəvvür yaranır ki, bu investisiya layihələrinin əsas məqsədi onları mənimsəməkdir. Bunu sübut da etmək olar. Məsələn, regionların iqtisadi inkişafı layihəsinə 12 milyardın iki milyardı ayrılıb. Amma regionların dövlət büdcəsinə gətirdiyi gəlir çox cüzidir. Dövlət büdcəsində regionların payı 2,7 faizdir. Büdcəyə regionlardan cəmi 350—450 min manat vəsait daxil olur».


http://www.azadliqradiosu.az/content/article/2274201.html


 

Ruhlandım!


Düz 103 il əvvəl ziyalılarımız Şərqdə ilk opera yazıb, tamaşaya qoydular, gündəm və olay yaratdılar, bu hadisə millətimizi birdən-birə 150—200 il qabağa çəkdi, daha fərqli bir topluma doğru götürdü. Bütün bunları cəmi bir neçə nəfər ziyalı etdi, deməli, bir neçə insan da millətin qədərini, tarixin gedişatını dəyişə bilər. Ruhlamdım!

P.S. Üzeyir bəyin 103 il əvvəl «Leyli və Məcnun» operasını yazmış olması, bu gün bizim Türkmənistan olmamağımızın əsas səbəblərindən biridir.
3 |4 |5 |6 |7 |8 |9 |10 |11 |12 |13