Блог О пользователеnatiqceferli

Регистрация

Календарь

« Сентябрь 2011  
Пн Вт Ср Чт Пт Сб Вс
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
2 |3 |4 |5 |6 |7 |8 |9 |10 |11 |12
 

Dəf ol !!!


 

Səfər Əbiyevin arı-namusu olsa istefa verər, əsgər şərəfi olsa, kafasına güllə sıxar…

 

Bacarmırsan, istefa ver…


 

Dünən ANS TV-nin efirində Misir Mərdanov təhsil sahəsində olan böyük problemlərdən danışdı. Zalım oğlu elə danışırdı ki, elə bil 15 ildi təhsil naziri o deyil də, mənim nənəm olub. Mən gözləyirdim ki, bu tənqiddən sonra, desin ki, «məni bağışlayın, mən istefa verirəm», amma bu sözləri söyləmək əvəzinə, sonda valideyinləri günahkar çıxartdı…

 

Vəzifəlilərin yarpaq tökümü başladı?


İqtisadçı-ekspertlər Rövşən Ağayev və Natiq Cəfərli işdən azad olunmalardan tutmuş korrupsiyaya qarşı mübarizə və ərzaq qiymətlərinin qalxmasına qədər baş verən prosesləri şərh edirlər

 

http://www.azadliq.org/audio/broadcastprogram/275628.html

 

İqtisadçılar korrupsiya ilə mübarizəni "görüntü" sayırlar


İqtisadçı Natiq Cəfərli isə bildirir ki, bu ictimaiyyəti aldatmaq məqsədi daşıyır. O bütün bunları şou adlandırır: 

«Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə getmir. Gərək, ictimaiyyət özünü aldatmasın. Çünki korrupsiyaya qarşı mübarizə sistemli və struktur dəyişikliklərindən sonra başlayır. Əvvəlcə müəyyən struktur islahatları gedəydi, ondan sonra korrupsiyanın ləğv olunması və yaxud da azaldılması uğrunda kampaniyadan danışmaq olardı».

KORRUPSİYA İLƏ MÜBARİZƏ ALİ RANQLI ŞƏXSLƏRDƏN BAŞLAMIRSA, DEMƏLİ BU, GÖRÜNTÜDÜR


Natiq Cəfərlinin fikrincə, bu kampaniyada müsbət və yaddaqalan cəhət o oldu ki,
hökumət bu problemlərin olmasını etiraf etdi.

Ekspertlər hesab edirlər ki, hansı qanun ki, insanlara əziyyət verir onlar korrupsiyaya yol açır. İnsanların rahatlığı və korrupsiyanın azalması üçün bu qanunlara düzəlişlər edilməlidir. Bundan başqa, qanuna uyğun olaraq dövlət məmurlarının hamısı deklarasiya verməlidirlər.


http://www.azadliq.org/content/article/2311218.html

 

RE: AL! üzvlərin qəbuluna start verdi


15 fevral 2011

Fevralınn 13-də RE: AL! vətəndaş birliyinin həmtəsisçilərinin növbəti toplantısında hərəkatın kütləviləşməsi və onun yeni institusional çərçivəsi haqda qərarlar qəbil edildi.


Toplantıda Re: AL! hərəkatının İdarə Heyəti təsis edildi. İdarə heyətinə aşağıdakı şəxslər daxil edildi: Şahin Abbasov, Natiq Cəfərli, Rəsul Cəfərov, Emin Hüseynov, Zöhrab İsmayıl, İlqar Məmmədov, Azər Qasımlı, Erkin Qədirli.


İlqar Məmmədov və Erkin Qədirli hərəkatın həmsədrləri, Natiq Cəfərli isə İdarə Heyətinin Katibi təyin olundular.


Toplantıda üzvlərin öhdəliyi forması təsdiqləndi. Üzvlərin qeydə alınması vəzifəsi İdarə Heyətinin Katibi Natiq Cəfərliyə həvalə edildi. Natiq Cəfərli ilə üzvlük məsələsi üzrə əlaqə: +994557893931 və ya uzv.real@gmail.com

 

Президент дал указ…


Президент распорядился обеспечить выплату штрафов за нарушения правил дорожного движения в банк или пластиковой картой

 

http://www.1news.az/chronicle/20110214082936661.html

 

 

Этот указ ценен только тем, что президент признал то, что все давно знали — в ГАИ есть коррупция.

 

То, что штрафы надо платить через банки — отличная новость, но не полная. Тогда не должны отбирать права, как это делают во всех цивилизованных странах.

 

Если оставляют «вилки» в штрафах, а ещё и указом добавляют, что 25% награбленного, то есть, извините, штрафов пойдет на зарплаты полицейским — это чистой воды государственный рэкет. Нельзя делать полицейского ЗАИНТЕРЕСОВАННЫМ лицом в деле накручивание штрафов. Он должен быть заинтересован только в одном — безопасность на дорогах. А этим указом, президент дает им карт-бланш, что бы они просто бесчинствовали на дорогах, что бы они всегда брали верхний потолок «вилки» штрафов.  Этот указ делает полицейского заинтересованным в том, что бы:  а) он как можно больше написал протоколы, б) всегда брать верхнюю вилку штрафа.

 

В мире только налоговым инспекторам дают такие привилегии, что бы они больше налогов собирали в бюджет, и часть собранных средств, возвращается им в виде бонусов и премий. Власть просто слышала звон, но не знает откуда он. 

 

Я вас уверяю, через несколько месяцев бесчинство полиции, предвзятого отношения к водителям, все мы будем только мечтать, что бы вернулись былые времена, когда можно было за 10 манат договориться с полицией. И все рассчитано именно на это! Что бы народу доказать, что коррупция у нас в крови, коррупция выгодна, чем нормальная система.

 

Если власть хочет реформ, то, должен отменить «вилки» штрафов, отменить пункт о изъятие прав, отменить техосмотр, отменить принудительную страховку, а самое главное ПОМЕНЯТЬ МОЗГИ, что бы полицейские поняли, для чего они выходят на работу, и какая у них обязанность.

 

Это власть исчерпала лимит и доверия, и искренности. Что бы заслужить доверие народа, надо пойти на радикальные реформы, а не придумывать замысловатые схемы, что бы ещё больше опустить народ.

 

 

"Бабий бунт" или день святого Валентина?


Я совсем недавно узнал, что 14-ого февраля 1916-ого года, в Баку был «бабий бунт», то есть протест женщин против высоких цен в магазинах и на базарах города. Женщины вышли на улицы с требованиями, провели акцию в Губернаторском Садике, даже разгромили магазины и рынки, где монополисты искусственно подняли цены. Как последствие этих акций, были приняты ряд мер, и цены в Баку стали падать. Жаль, что мы так мало знаем об этом истории.

 

 

Так вот, предлагаю 14-ого февраля отмечать, как день массовых выступлений за свои права. И те пары, которые уверены в том, что их любимые половинки могут отстоять свои конституционные права, должны поздравить друг друга. То есть, подарков и внимание должны заслужить только те, кто является настоящим гражданином, человеком, который не боится требовать то, что положено по конституции.

 

Что скажете?

 

 

Diktatorlar…


Əlcəzair, Liviya, Yəmən, İordaniya, növbə indi kimindir?


Hakimiyyətinin itirilməsindən xalqının sevincindən çılğına dönməsini görmək, bir dövlət başçısı üçün ölümdən də betərdi. Öz əcəli ilə ölən diktatorların bu barədə bəxti gətirib…
 

«Analoqu olmayan inqlab»…


Dövlət işində işləyərək «konvert» alan birisi deyib ki, müxalifət-zad boş söhbətdir, onlar bizim «paketimizi» kəssələr, 3 günə yıxarıq bu hökuməti. Deyəsən analoqu olmayan ölkədə, analoqu olmayan «kiçik rüşvətxor məmurlar inqlabı» olacaq, və xırda korrupsionerlər iriləri yıxacaqlar… :)

 

«Novruz endirimləri»….



Azərbaycan Hökuməti: «Korrupsiya və rüşvətdə «Novruz Endirimləri» başlayıb, kampaniya 31 marta qədər davam edəcək, tələsməyin, dövlət orqanlarına apreldən sonra müraciət edərsiz»…

 

Ramiz Rövşənin «Vətən» əsəri….


Nə gündəsən Vətən



Səni sevmək cətindi, Vətən, nə gündəsən?!

Təpədən dırnağa günah içindəsən…



Bilirsən mi səni sevmək bu saat nəyə bənzər?

Zorlanmış bir qız sevməyə bənzər…



O sevgidən için-için, gizliden yanar adam,

Amma açıb deməyə qorxar, utanar adam,



Bu nə haldı düşmüsən, bu necə gündü , Vətən,

Adam səni sevməyə utanır indi, Vətən…



Üstünde neft ləkəsi, kim yuyacaq ləkəni?

Milyonçular ölkəsi, dilənçiler Vətəni…



Neftlə getdi bərəkətin, bərəkət qaçdı səndən,

Neftle getdi bəkarətin, borular keçdi səndən…



Qarış-qarış qazınsan da, sevin hələki sağsan,

Qara neftin qurtaranda, ağ gune cıxacaqsan…


 

«Bizim Yol» qəzetinə müsahibəm


 

«Hakimiyyət özünü risk altında qoyub»

 

http://bizimyol.az/index.php?mod=news&;act=view&nid=45227

 

Правительство готовит почву для волнений…


Сейчас во всех СМИ, в обществе, идет усиленное обсуждение того, что, мол, власть решила бороться с коррупцией, министерства проводят совещание, даже критикуют свою работу, есть огромное количество слухов о том, что все меняется, коррупция исчезает. 

 

 

То, что эта власть не способна на реформы, уже несколько раз писал и здесь на форуме, и говорил публично в разных СМИ. Отчетливо понятно, что без свобод не возможно реформы, без свободных СМИ, нельзя бороться с коррупцией.

 

На Радио АНС (это характерно для всех СМИ, потому что АНС – эта лаборатория президентского аппарата), отменили все передачи, где было хоть малость, но свобода слова. Отменили в утренней передаче социальные и политические темы, отменили ежедневные ток-шоу, дискуссии с 17:00, до 18:00, то есть перекрыли всё то, что было интересно.

 

А ещё, власть опять по старой, глупой схеме, подкинув наркотики, арестовала  молодого активиста АХЧП Джабара Савалана, который был активным участником всех последних малых публичных выступлений молодежи в городе.

 

Разве так они хотят провести реформы? Правительство, само этого может быть не понимая, готовит огромную почву для социальных волнений. Эти слухи, заседание министерств, публичные заявление некоторых чиновников, очень сильно повысили ОЖИДАНИЕ в обществе. То есть, огромное количество людей, может наивно, может по принципу «надежда умирает последней», ждут перемен, ждут хороших и кардинальных решений от властей. Люди, мелкий и средний бизнес (в этой сфере трудятся больше миллиона граждан), уже как-то перестроились под систему, ворчали, гудели на кухнях и в Интернете, но, работали. Сейчас, как я уже говорил, ОЖИДАНИЕ очень сильно выросли, люди хотят перемен. А это система, не приспособлена к реформам. То есть, когда эти ожидание не оправдаются, через несколько месяцев, ближе к лету, в стране могут быть большие протесты против власти.

 

Я, как оппозиция этой системе, мог бы и не предупредить об этой опасности, но, считаю своим гражданским долгом писать и говорить об этом. Я просто точно знаю, что реформы равны  концу системы, отсутствие реформ, тоже. Поэтому, я очень оптимистически настроен, просто, мы, как граждане, как общество, должны быть готовы ко всему, и не допустить того хаоса, что было, например, в Киргизии, и не допустить того, что бы в этом хаосе один авторитарный режим сменился другим, более авторитарным.  

 

 

Bəxtsiz timsah…


Bu gün 12 yaşlı oğlumla heyvanat baxçasına getmişdim, ora yeni timsah gətiriblər. Oğlum o timsahın yenicə gətirildiyini eşidəndə, «papa bu yazığın da bəxti yoxdur, normal yerə yox, Bakıya gətiriblər». Bilmədim uşağa nə deyim…


Məşhur lətifə: İki torpaq (palçıq) qurdu, ata və oğul. Oğul atasından soruşur ki, ata, nədən biz başqa qurdlar kimi almada, armudda, ağacda, kölda yaşamırıq, zibillikdə dolanırıq. Ata: «oğul, çünki bura vətəndir!»

 

YAP-vari «sabitlik»….


Azərbaycanın Misirdəki səfirliyinin işçisi Elnur bəy deyir ki, bizim vətəndaşların böyük bir hissəsi ölkəmizə qayıtmaq istəmir. «Xaos» olan yerdən «sabitlik» olan Azərbaycana insanlar dönmür, Tunis hadisələrində də belə olmuşdu. İndi sual yaranır, hökumətimiz utanırmı, YAP-varı «sabitliyin» bir qara qəpik qiymətinin olmamasını anlayırmı?

 

Gənc ölkənin qoca nazirləri…


«Əgər köklü islahatlar getməli olsaydı, Nazirlər Kabineti buraxılmalıydı. Yeni baş nazir təyin olunmalıydı». İqtisadçı Natiq Cəfərli belə deyir. Azərbaycan hakimiyyətinin son günlər korrupsiya ilə bağlı keçirdiyi müşavirələri qiymətləndirərkən. Onun qənaətincə, korrupsiyanı ləğv etmək üçün hökumət yenisiylə, bu günün nəbzini tuta bilənlərlə əvəzlənməlidir.


«GÖZDƏN PƏRDƏ ASMAQ»

«Nazirliklərin sayı bizdən həddən artıq çoxdur. Təsəvvür edin ki, Azərbaycanda nazirlik və dövlət qurumlarının sayı Gürcüstandan üç dəfə çoxdur. Saakaşvili islahatlara başlayanda ilk addım olaraq struktur islahatı apardı. Vətəndaşa və iş adamına mane olan, bürokratik əngəllər yaradan qurumları ləğv etdi və ya bir neçəsini birləşdirdi. Çox güclü kadr islahatı getdi. Bundan sonra da müəyyən prioritetlər elan etdildi. Azərbaycanda isə bu görünmür. Sistemdə dəyişiklik getməsə, yuxarılarda güclü kadr islahatı getməsə dəyişikliklər haqda deyilənlər gözdən pərdə asmağa xidmət edəcək».


GÜRCÜ DÜSTURU


Natiq Cəfərli Gürcüstan modelini yada salır. Bu ölkənin prezidenti islahatçı imiciylə tanınır, hakimiyyətə gələndən az sonra korrupsiyanın miqyasını azaltmağa nail oldu.
Prezident Mixail Sakaşvili bunun düsturunu müsahibələrinin birində açmışdı. O demişdi ki, gürcü hökumətində yaşı 40-dan çox olan bir nəfər var — Xarici İşlər naziri Qriqol Vaşadze.

«Əgər onu nəzərə almasaq, mən indiki komandanın ən yaşlı adamıyam. Komanda üzvlərinin heç biri faktiki olaraq SSRİ zamanında vəzifədə olmayıblar. Mən özüm, məsələn, Sovet İttifaqı canını tapşıranda beşinci kursda oxuyurdum. Bizdə elə nazir var ki, 27—28 yaşındadır. Heç vaxt pioner olmayıb. Cavan adamlar sovet nomenklaturasının doqmaları ilə xəstələnməyiblər».


http://www.azadliq.org/content/article/2296763.html

 

Что нас ожидает?


У нас до 2013-ого года пока ещё есть шанс пойти по пути Туниса, а после 2013-ого года, в стране неизбежно будет то, что сегодня твориться в Египте.

Сейчас опять подняли вопрос о лидерстве, мол, нет лидеров. Откуда им взяться в этом полицейском режиме? Откуда им взяться, если «классическая оппозиция», как зеркальное отражение властей, и с помощью властей, монополизировала понятие оппозиция? Нынешняя оппозиция — звено системы. 

А кто во власти сегодня обладает качеством лидера? Неужели рождение в нужное время в нужном месте и в нужной семье, является показателем лидерства? Когда президент, за эти 8 лет выступал по важным и насущным проблемам страны? Я помню только один случай, когда он сам закрыл, а потом сам же открыл АНС, но уже на своих условиях.

Он ни только не лидер, он даже не является публичным политиком. Я его даже не сравниваю с главами правительств и государств Европейских стран, это гиблое дело, но хотя бы нужно сравнить с соседями. Медведев каждый день выступает по ТВ и затрагивает острые проблемы страны, пишет статьи, говорит о том, что надо делать, как он видит будущее России. Саакашвили — вообще красавчик, не бывает и дня, когда он не давал интервью МЕСТНЫМ СМИ, или же не выступал с критикой, или с предложениями. Эрдоган вообще не слезает с экранов ТВ, и там публично идет дискуссия, иногда даже ругань с оппозицией в прямом эфире.

А что наш президент? Раз в 3 месяца проводит заседания правительство, и там все хором говорят о том, что все прекрасно. Возьмите стенограмму его выступлений на этих заседаниях за последние годы, и сравнивайте, одна и та же риторика, одни и те же слова, меняются только какие-то цифры. Разве это лидерские качества?

Стране нужны реформы, основательные реформы, и мне, как гражданину, и как активному участнику гражданского сектора, безразлично кто это будет делать, мне важно КАК это будут делать. Сделает это И. Алиев, помогу и поддержу, не сделает, буду до конца бороться с его режимом.

Этот режим уничтожает не только настоящее страны, но и съедает будущее. Я более чем уверен, что эта система рухнет, режим уйдет, но, что будет после? Этот режим создает армию безграмотных граждан, который станет электоратом таких сил, как АКП (это в лучшем случае), или же сторонников шариата, такого режима, как в Иране. Главная опасность именно в этом.

 

Allah ərəblərin canını sağ eləsin…



Yeni lətifə: İki azərbaycanlı iş adamından biri o birinə deyir ki, vergilərdən zəng etdilər ki, danışdığımız məbləği hələ saxla, vəziyyət qəlizdi. O biri də cavab verir ki, hə də, görək Əl-Baradey neyləyəcək, Allah ərəblərin canını sağ eləsin…

 

Rəsmi kürsüdən korrupsiya xəbərdarlığı…


Yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirib. AzTV-nin xəbərinə görə, bunu Ramiz Mehdiyevə prezident İlham Əliyev tapşırıb. 

Rəsmi məlumatda deyilir ki, Ramiz Mehdiyev iclasda neqativ halların ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə saldığını deyib. O həmçinin bütün bunların Azərbaycanın işgüzar nüfuzuna xələlə gətirdiyini vurğulayıb və bu rəyin prezidentin mövqeyi olduğunu xatırladıb.

Ramiz Mehdiyevin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalıdır. Bu hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır.

Prezident Administrasiyasının rəhbəri bu problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Bəs Azərbaycan iqtisadçıları rəsmi kürsüdən verilən xəbərdarlığı necə qiymətləndirir? Bu mesajlar ünvana çatacaqmı?

KAGIZ ÜSTÜNDƏ XƏBƏRDARLIQ?..

İqtisadçı Natiq Cəfərlinin fikrincə, əvvəllər də ölkə ictimaiyyəti belə rəsmi xəbərdarlıqların şahidi olub. Amma bəzi mütərəqqi qanunlar necə kağız üstündə qalıbsa, bu xəbərdarlıq da sözdən əmələ keçməyib:

- Bunun nəticələrini gündəlik həyatda, iqtisadiyyatda görə bilmədik, təəssüf ki.

Natiq Cəfərli hesab edir ki, Ramiz Mehdiyevin bu mesajının nəticəsi ola bilər, amma o şərtlə ki, bu xəbərdarılq bütün rəsmi qurumları əhatə etsin:

- Bu bir sahənin islahatı ilə mümkün deyil. Bir çox sahələrdə islahatlar aparılmalıdır ki, bu iclasda qaldırılan məsələlər həllini tapsın. Bir anlıq təsəvvür edək ki, qərar verilib, vergilər sistemində neqativ hallar götürülür, çox gözəl, amma vergilər sahəsinin bir işi də gömrüklə bağlıdır. Əgər gömrükdə ölkəyə gələn malların sənədləşdirilməsində yenə də neqativ hallar qalacaqsa, onda heç bir islahatdan, korrupsiya ilə mübarizədən söhbət gedə bilməz. Hətta məhkəmələrdə də güclü islahatlara ehtiyac var.

ƏRƏB DÜNYASININ HAVASI…

Natiq Cəfərli deyir ki, ərəb dünyasında baş verən xalq etirazları Azərbaycan hakimiyyətində də narahatlıq yarada bilər. Onun fikrincə, bu hadisələrin fonunda yerli hakimiyyət ölkədə sosial narazılıqları səngitmək üçün ya kosmetik, ya da müvəqqəti dəyişikliklər edə bilər.


http://www.azadliq.org/content/article/2292980.html

 

Bağışla bizi, əziz Rəsulzadə…


Sən bizə təxminən 114 min kv.km sahəsi olan bir respublika əmanət etdin, biz əvvəl 28 min kv.km sovetlərdə itirdik, sonra da 16 min kv.km ermənilərə qapdırdıq. Bağışla bizi…

 

Sən qadınlara Avropadan, ABŞ-dan əvvəl səsvermə, seçmə hüququ verdin, biz indi hicab məsələsini müzakirə edirik. Bağışla bizi…

 

Sən Cümhuriyyətə inandın, biz isə bir ovuc insana ölkədə monarxiya qurmağa rəvac verdik. Bağışla bizi…

 

Sən üç dəfə Azərbaycan deyərək, vətən həsrəti ilə gözlərini yumdun, bizlər isə vətəni talayanlara göz yumuruq. Bağışla bizi…

 

Sən hələ yüz il öncə dünyanın hansı yolla gedəcəyini gördün və anlatdın, biz isə kar, kor və lal olduq. Bağışla bizi…

 

 

2 |3 |4 |5 |6 |7 |8 |9 |10 |11 |12