Блог О пользователеnatiqceferli

Регистрация

Календарь

« Сентябрь 2011  
Пн Вт Ср Чт Пт Сб Вс
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
1 |2 |3 |4 |5 |6 |7 |8 |9 |10
 

Место в истории


 

 

 


Натиг Джафарли

 

Официальная пропаганда в стране, особенно депутаты от правящей партии «Ени Азербайджан» (ПЕА), часто сравнивают Мустафу Кемаля Ататюрка с Гейдаром Алиевым. Эта весьма спорное сравнение, и часто, когда я бываю в братской Турции, их журналисты, политические деятели, особенно из оппозиционных партий, высказывают претензии к такому сравнению. А причем тут я? Разве только тот факт, что я гражданин Азербайджана, делает меня сопричастным к этому сравнению? Как известно, Ататюрк победил в «Куртулуш Савашы» - Войне за независимость, воевал с интервентами нескольких стран, создал светскую Турецкую Республику и сыграл огромную роль в реформировании страны.…….

 

http://www.radioazadlyg.org/content/blog/24091345.html

 

Söz azadlığı…


Sadə vətəndaşa sual etdikdə: “sənə 100 manat lazımdır, yoxsa söz azadlığı?”, əgər onların 30% söz azadlığını seçərsə, mətbuat azadlığı bərpa olunacaq. Hakimiyyətdən istəmək absurddur. Verməyəcəklər. Axmaq deyillər ki? Ona görə də, söz azadlığını vətəndaşdan istəmək lazımdır, onu inandırmaq lazımdır ki, bu sənin üçündür, az maaş və təqaüd almağının, Qarabağı itirməyinin, məmurların səni incitməyinin səbəbi söz azadlığının məhtudluğudur!

 

ABŞ-la hərbi əməkdaşlıq davam etdiriləcəkmi?


İqtisadçı Natiq Cəfərli:


Rəsmi dairələr bu olayla əlaqədar heç bir ağlabatan açıqlama vermədi. Bu isə müxtəlif fikirlərin, şərhlərin yaranmasına səbəb olur. Fikrimcə, əsas səbəb hakimiyyətin Qərbin, əsasən də, ABŞ-ın Azərbaycanda baş verən son hadisələrə olan münasibətidir. ABŞ Dövlət Departamenti insan hüquqları və azadlıqları ilə bağlı Azərbaycan hakimiyyətini tənqid edən açıqlamalarla çıxış etdi, bu isə, təbii olaraq, hakimiyyət dairələrinin xoşuna gəlmədi.

Hərbi əməkdaşlıqda ilk növbədə biz — Azərbaycan maraqlı olmalıdır. Hakimiyyət anlamalıdır ki, ABŞ kimi hərbi gücə, nüfuza malik bir ölkə ilə hərbi sahədə əməkdaşlıq bizim milli maraqlarımıza cavab verir. Çünki bizim əsgər və zabitlərimiz onlardan çox şey öyrənə bilər. Amma indi elə bir təsəvvür yaranır ki, bu təlimlərdə ABŞ tərəfi nəsə öyrənmək istəyir, Azərbaycan isə bunu etmir. Halbuki, tam tərsi, belə təlimlər torpaqları işğal altında olan ölkəyə — Azərbaycana lazımdır ki, öz hərbi potensialını, şəxsi heyətin professional səviyyəsini artırsın. Bundan başqa, ABŞ kimi dövlətlə hərbi əməkdaşlıq Rusiyanın, Kollektiv Təhlükəsizlık Müqaviləsi Təşkilatının təsiri altında olan Ermənistana, onların havadarlarına da bir mesaj olardı. Ümid edirəm ki, hakimiyyət dairələri belə yanaşmağın səhv olduğunu anlayaraq, gələcəkdə bu kimi təlimlərə mane olmaz, bu tipli əməkdaşlıqda maraqlı və udan tərəfin Azərbaycan olduğunu anlayar. ABŞ kimi dövlətə hərbi təlimdən imtina etməklə təzyiq göstərməyə çalışmaq gülüncdür və heç bir effekt verməz. Strateji baxımdan uduzan biz olacağıq.

Artıq xeyli müddətdir ki, Qərb dünyası və ABŞ ilə Azərbaycan hakimiyyəti arasında soyuq münasibətlər davam edir. Bunun əsas səbəbi hakimiyyətin heç bir islahatlara getmədiyi, dəyişiliklərə açıq olmadığı, insan haqlarına və hüquqlarına sayğısız yanaşmasıdır. Amma rəsmi təbliğat, belə münasibətlərin səbəbi kimi, Azərbaycanın müstəqil xarici siyasət aparmasını göstərir. Bu isə insanların fikirlərini səhv yönləndirməkdən başqa bir şey deyil. Azərbaycanın həm iqtisadi, həm siyasi gələcəyi Qərblə sıx əməkdaşlıqdan keçir. Bu isə ölkədə köklü islahatlar aparılmasını diktə edir. Hakimiyyət dünyada gedən prosseslərdən dərs almalıdır ki, indi tək enerji resursları ilə özünə dost tutmaq mümkün deyil. Dəyərlərə, strateji hədəflərə söykənən əməkdaşlıq enerji faktorundan heç də az önəmli deyil. Əgər Azərbaycan hakimiyyətinin tutumuna görə Qərblə münasibətlər getdikcə daha da gərginləşsə, bu, ölkənin həm iqtisadi maraqlarına, həm də Qarabağ probleminin həlli yönündə görülən işlərə ciddi zərbə olacaq.



http://www.ayna.az/2011—04-30/sulh/5718p2-Regional%20cavab-2011-%20sefir%20Brayza-Safar%20Abiyev

 

Vaxtında "ölən» terrorist…


Çox ağıllı gedişdi. Bin Laden tam vaxtında "öldü». Mübarək, Əsəd, Qəddafi, Saleh və diğərləri, ölkələrində olan olayları Əl-Kaida və Bin Ladenlə bağlayırdılar. Bununla da, güya, Qərbə mesaj verirdilər. Qərb isə, Bin Ladeni indi "öldürməklə», bu iddialara, bu diktatorlara, bu rejimlərə tutarlı cavab verdi…

 

1 May xatirələri…


Uşaqlıq xatirələrimdən 1 may ilə bağlı ən yaddaqalan epizod, 1981-ci ildə, 1 may günü bizim həyət evində olan qonaqlıqdır. Qonaqlar çox olduğundan və o zaman ət almaq problem olduğundan (talon vaxtı idi), atam ət kababından sonra, «doktorski» kolbasadan kabab çəkdi. O kababın iyi hələ də burnumdadır…

 

İnönü bəzətməsi…


YAP partiyasından olan bir çox deputatlar, hökumət və hakimiyyət nümayəndələri, tez-tez  Heydər Əliyevi Mustafa Kamal Atatürkə bənzədirlər. Bu bənzətmənin nə qədər yerində olub-olmamağını, indi araşdırmaq fikrim yoxdur. Qoy hər kəs özü buna qərar versin. Sadəcə onu demək lazımdır ki, Atatürk bir neçə dövlətə döyüşdə qalıb gələrək, Türkiyə Cümhuriyyətini qurdu, qardaş milləti modern, dünyəvi quruluşla tanışdırdı. H. Əliyev isə, 10 il hakimiyyətdə olmasına baxmayaraq, bir döyüş belə udmadı, bir qarış torpaq belə düşməndən alınmadı…

 

Atatürkdən sonra Türkiyənin başına İsmət İnönü keçdi. “Milli Şef” adlandırılan bu şəxs, Türkiyənin İkinci Cahan savaşından qadasız-bəlasız çıxmasını təmin etdi. Savaşdan sonra, Türkiyə çoxpartiyalı sistemə keçdi, və 1950-ci ildə, ilk dəfə tam şəffaf, ədalətli seçkilər oldu, və Cümhuriyyəti quran insanların partiyası, o dövrdə İsmət İnönünün rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyası seçkiləri uduzdu. Qurtuluş savaşını, yüzlərlə irili-xırdalı döyüşləri bir komandan kimi udan İsmət Paşa, məğlubiyyəti qəbul etdi və dedi: “Bu mənim həyatda qazandığım ən böyük qələbədir, Türkiyəmiz üçün xeyirli-uğurlu” olsun”.

 

Halbuki, o zaman ordu, polis, məhkəmələr, İsmət Paşanın tam nəzarətində idi. Tək bir işarə bəs edərdi ki, güc strukturları hakimiyyəti saxlamaqda İsmət Paşaya kömək etsin, məhkəmələr isə repressiyalara haqq qazandırsın. Amma Paşa Türkiyə naminə, gələcək naminə, bu addımı atmadı. 

 

Mən çox arzu edərdim ki, gələcəkdə, İ. Əliyev İsmət Paşaya bəzədilsin, və bu bənzətmə, Atatürk-Heydər Əliyev bəzətməsi kimi, qıcıq yaratmasın. Bu hadisədən bu qardaş örnəyindən, hakimiyyət, YAP, və ən əsası, İ. Əliyev dərs çıxartsa, ölkəmiz üçün, millətimiz üçün, gələcəyimiz üçün ən önəmli və uğurlu iş görmüş olarlar…

 

 

Dünya miqyasında fenomen iqtisadiyyat


EKSPERTİN GÜMANLARI

İqtisadçı-ekspert Natiq Cəfərli güman edir ki, prezident bu ifadəni işlədəndə yəqin ki, 2003-cü ildən bu günə qədər ölkənin ümumdaxili məhsulunun (ÜDM) bir neçə dəfə artımını nəzərdə tutub. Amma iqtisadçı 2003-cü ildən sonra ÜDM artımını hökumətin hansısa strateji siyasətinin nəticəsi saymır. Deyir bu neftin qiymətinin bahalaşması və hasilatın sürətlə artması fonunda baş verən bir artımdır.

«Bunların hamısının cəmi təbii olaraq Azərbaycanın statistik rəqəmlərində göstəricilərin sürətli artımına səbəb olub. ÜDM 2003-cü ildən 2010-cu ilə qədər təqribən 7 dəfəyə qədər artıb. Çox güman ki, prezident «Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir» deyəndə bunu nəzərdə tutub».


Natiq Cəfərli deyir ki, iqtisadiyyatı neftdən asılı olan Afrika ölkələri uğurlu olmayan bu örnəyə çoxdan imza atıblar.

«80-cı illərin axırlarında, 90-cı illərin əvvələrində Nigeriyada ÜDM artımı tempi 38—40 faizlə ölçülürdü».

İqtisadçıya görə, təbii ehtiyatları olmayan məsələn, Sinqapur kimi ölkələr qısa bir zaman kəsiyində xeyli inkişafa nail olublar və fenomen iqtisadi inkişafdan danışılanda həmin ölkələr misal çəkilir. Natiq Cəfərli deyir ki, ola bilər prezident iqtisadiyyatın uğurlu inkişafından danışanda aparılan təmir, tikinti işlərini, yolların çəkilməsini, infrastruktur layihələrini nəzərdə tutub.


http://www.azadliq.org/audio/audio/308242.html

 

28 Aprel…


Forma etibarı ilə olmasa da, mahiyyət etibarı ilə, 28 aprel 1920-ci il, 15 iyun 1993-cü ilə çox bənzəyir…

 

Qədirbilməz Qərb…


Qərb nə qədirbilməz imiş? Yazıq hakimiyyət nefti, qazı onlara satır, xalqdan, büdcədən oğurladıqları milliyardlarla dollarları Qərb banklarında saxlayır, Qərb şirkətlərinin qiymətli kağızlarını almaqla, onların inkişafına yardımçı olur, Əfqanıstan məsələsində dəstəkləyir, amma bu biveclər, belə hakimiyyəti tənqid edir. İndi bunlar yanıb-tökülməsin, neyləsin axı?

 

Gül Bayramına hazırlıqlar başladı


«ASTRONOMİK RƏQƏMLƏR SƏSLƏNDİRİRLƏR…»

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, dövlət büdcəsindən vəsaitlərin hara və necə xərcləndiyi haqda hesabat verilməlidir:

«Ümumiyyətlə Dövlət Satınalmalar haqda qanuna görə, 50 min manatdan artıq satınalmalarda açıq tender elan olunmalıdır. Hətta bunlar dövlət büdcəsi vəsaiti hesabına hansısa xarici ölkədən gül alırlarsa bunu da açıq tender əsasında həyata keçirməlidirlər. Bunlar isə astronomik rəqəmlər səsləndirirlər ki, bir günün keçirilməsi üçün 7 milyon, 10 milyon, 14 milyon manat vəsait xərclənib. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, bu pullar hara və necə xərclənir».

Almaniyada keçiriləcək «Avroviziya 2011» mahnı müsabiqəsinin təşkilinə 7,8 milyon avro vəsait ayırıdığı bildirilir.


http://www.azadliq.org/content/article/16794591.html

 

«Стабильность»…


У некоторых очень туманное, не правильное, не научное, даже не человечное, приставление о понятие «стабильность». Стабильны те страны, где народ сам выбирает, где есть независимые суды, где правит законы, а не чиновники, стабильны те страны, где любой гражданин точно знает, что у него не отнимут, не разрушат его имущество, где он сможет свой дом, свой бизнес спокойно оставить своим детям

 

Prezident üçün məlumat…


İqtidara yaxın gənclərlə dövlət başçısının görüşündə, prezident maraqlı bir fikir səsləndirdi ki, təqaüd yaşına çatan insanlar, pensiyaya çıxmırlar, bu isə gənc kadrların idarə etmədə yer almasını əngəlləyir. Bu fikirlə razıyam, ona görə də, prezidentə pensiya yaşına çatmış, hətta bu yaşı çoxdan ötmüş dövlət məmurlarının siyahısını təqdim edirəm. Ümid edirəm ki, cənab prezident, bu insanları yaxın vaxtlarda təqaüdə göndərəcək. Xatırladıram ki, ölkə qanunlarına görə, təqaüd yaşı kişilərdə 63, qadınlarda isə 60 olaraq müəyyən edilib: 

 

 Adi                     Soyadı               vəzifəsi                 anadan olduğu il:

 

Ramiz Ənvər oğlu Mehdiyev, Prezident administrasiyasının rəhbəri – 1938-ci il

 

Rasi-zadə Artur Tahir oğlu, Baş nazir – 1935-ci il

 

Eyyubov Yaqub Abdulla oğlu, Baş nazirin birinci müavini – 1945-ci il

 

Əfəndiyev Elçin İlyas oğlu, Baş nazirin müavini – 1943-cü il

 

Həsənov Əli Şamil oğlu, Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri —  1948-ci il

 

Şərifov Abid Qoca oğlu, Baş nazirin müavini  -  1940-cı il

 

Usubov Ramil İdris oğlu, Daxili işlər naziri  -  1948-ci il

 

Mərdanov Misir Cumayıl oğlu, Təhsil naziri  - 1946-cı il

 

Məmmədov Qərib Şamil oğlu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – 1947-ci il

 

Vəliyev Arif Mikayıl oğlu, Dövlət Statistika Komitəsinin sədri  -  1943-cü il

 

Əliyev Natiq Ağaəmi oğlu, Sənaye və energetika naziri  - 1947-ci il

 

Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı – 1944-cü il

 

 

Allah rəhmət eləsin…


Anar Məmmədxanovla forumlarda, real həyatda dəfələrlə siyasi mövzularda mübahisələrimiz olub, siyasi baxışlarımız fərqli idi, amma digərlərindən fərqli olaraq, o eşitməyi, dinləməyi bacarırdı. Allah rəhmət eləsin, onun haqqında keçmiş zamanda düşünmək çox çətindir…

 

Алиев балансирует между соседями и Западом («The Financial Times», Великобритания)


Над Баку – столицей Азербайджана – развевается национальный флаг страны, поднятый на самом высоком в мире флагштоке. Эта демонстрация национальной гордости может также свидетельствовать об остром ощущении неуверенности. Азербайджан, зажатый между Россией и Ираном, использует свои нефтяные резервы, доказанный объем которых составляет 7 миллиардов баррелей, и запасы газа, составляющие 1,3 триллиона кубометров, чтобы вести независимую политику в тени могущественных соседей.

Работающие в Баку дипломаты считают, что президент Ильхам Алиев виртуозно разыгрывает доставшиеся ему карты.

Он хочет включить Азербайджан в орбиту Запада, однако ему нельзя настраивать против себя ни Москву, ни Тегеран. В результате он решил снабжать обе страны газом. Таким образом, Азербайджан будет поставлять до 2 миллиардов кубометров газа в год Ирану и России. Кроме того г-н Алиев позволил иранской государственной нефтяной компании получить 10 % акций консорциума по разработке месторождения «Шах-Дениз».

Когда добыча на «Шах-Денизе» будет расширена, у г-на Алиева будет достаточно газа, чтобы направлять его львиную долю своему ключевому партнеру – Европейскому Союзу, который будет получать по 10 миллиардов кубометров в год.

Также у Азербайджана есть давнее соглашение о поставках Турции — союзнику, родственному по языку и по крови, – 6 миллиардов кубометров газа. Таким образом, г-н Алиев старается одновременно обезопасить достигнутую Азербайджаном после распада Советского Союза независимость и сблизиться с Западом. Он также старается увеличить прибыли, чтобы укрепить свою власть, считают его критики. В Баку многие недовольны размахом чиновничьей коррупции.

Г-н Алиев, подобно абсолютному монарху, унаследовал президентскую власть от своего отца Гейдара в 2003 году. Если Алиев-старший, бывший глава местного КГБ, правил с помощью страха, влияние его сына основано на деньгах.

«Коррупция скрепляет пирамиду власти, - утверждает сопредседатель оппозиционного движения «Республиканская альтернатива» Ильгар Мамедов. – Если они начнут искоренять коррупцию, рухнуть может вся система».

Еще Алиев-старший заключил соглашение о строительстве нового трубопровода, который соединил Баку с турецким портом Джейхан и позволил Азербайджану экспортировать нефть независимо от России.

Разработав «Шах-Дениз» и выбрав между конкурирующими газопроводами, г-н Алиев добавит к этому независимый маршрут для экспорта газа. Это дополнит наследие его отца и – по мнению критиков – укрепит его власть, обеспечив элите новую возможность для обогащения.

 

http://inosmi.ru/caucasus/20110419/168568094.html

 

Реформы неизбежны…


Власть должна сама понимать, что страна не может дальше так развиваться. Даже растущий ВВП, растущее благосостояние народа, сама диктует и провоцирует на реформы. Экономика страны дошла до того потолка, что дальше упирается в абсурдную политическую систему, и не может расти. Если нечего не будет, не будет реформ, экономика сама протаранит этот потолок, тогда будут потрясение, волнение, будет хаос. 

Если у них есть аналитики и хоть немножко ума, то должны понять причину тех событий, которые были и идут в арабском мире.

Уровень благосостояние в Тунисе, Египте, в Ливии, уровень их ВВП на душу населения, практически, равно показателям нашей страны. И темп роста ВВП тоже очень похожий. То есть, был рост благосостояния, этот рост уперся в потолок абсурдный политической системы, она не давала дальше расти стране, люди стали богаче, люди поняли, что невозможно победить на выборах и случилось то, что мы сейчас наблюдаем.

Именно так и будет у нас. Просто может быть Тунисский сценарий, или что-то похожее на Ливийский. Не дай Бог нам Ливийского сценария. Так что, пусть власть возьмется за ум, и начнет реформы. Но, эти реформы обязательно приведет к смене власти, они должны с этим смириться и сделать это только для того, что бы в конце что-то хорошее сделать для страны, и самое для них важное, иметь возможность потом тратить то, что награбили. А то, и это потеряют.

 

Имитация…


Если власть (допустим) уберет коррупцию и монополию, сразу же процессы пойдут автоматом, и система рухнет. Вы думаете, они этого не понимают, и не знают? Прекрасно знают. Вот и ведут имитацию борьбы с коррупцией, вот и издеваются над логикой, когда на заседание у президента, он ищет монополистов, что бы, типа, наказать, а все они, эти монополисты, в этот момент находятся с ним в одном помещение и ехидно улыбаются…

 

Ağlamalı, yoxsa gülməli?


Dünənki aksiyadan sonra məlum oldu ki, deputat təyin olunmuş Fəzail Ağamalının əsli qədim Romadandır:

 

 

 

Свадьба…


Обсуждая свадьбу сына министра, опять эта завистливая, радикальная, разрушительная оппозиция, не может радоваться такому событию, и считает чужие деньги. Да, да, чужие! Потому что, все эти деньги семьи, просто, из-за великодушие, поделились с министрами тоже. То есть, в любом случае, чужие деньги.


Анар Мамедов не может себе позволить пригласить Леди Гага? Конечно может, ведь он бизнесмен. Он президент двух холдингов (ЗГАН и Банглан), ну и что он выигрывает тендеры, которые объявляет отец? Ну и что, эти тендеры, результаты работы, тоже проверяет отец. Разве ваши отцы не проверяют вас? Разве ваши отцы не дают вам деньги, или не давали? А потом не проверяли, что «а бала, бу пулу нейлемисен»? Разве есть криминал в том, что все дети чиновников способные ребята, гении, которые в 20 лет зарабатывают на личный самолет? Не может быть так? Ведь, власть отбирает только себе подобных, а разве есть талантливее люди в стране, чем властная семья? Вот и они таких же способных людей, приглашают на работу. То есть, источником богатства не является нефть, прошу думать глубже, источником богатства является талант! Но, бывает и осечки, такие как Инсанов, Фархад Алиев, которые обманом проникли во власть, и были коррупционерами, позор им, не оправдали великое доверие семьи.

Одним словом, хватить завидовать, хватить считать чужие деньги. Анар Мамедов талантливый человек, который добился многого, вы думаете, не будь он сыном министра, не мог бы выиграть тендеры? Не мог бы заработать миллионы? Вы имеете право так думать, но докажите обратное. Если бы ваш отец объявил бы тендер дома, сделал бы победителем соседа, или вас? То-то.


У нас страна талантов, просто, почему-то, эти талантливые люди, или носит одну фамилию, или бывают родственниками, или оказываются во власти. У нас очень хорошая система власти, только талантливые люди там оказываются и богатеют. Ведь, талант должен быть высоко оценен!!!
 

 

Natiq Cəfərli: "İslam bankçılığı beynəlxalq təcrübədə özünü çox gözəl şəkildə doğrultdu»


“Azərbaycanda İslam bankçılığına keçid etmədə əsas səbəb odur ki, İslam bankçılığı beynəlxalq təcrübədə özünü çox gözəl şəkildə doğrultdu”. Bu sözləri “Deyerler.org” iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert sözlərinə bunları da əlavə edib: “Bir çox ölkələrdə İslam bankçılığından istifadə edilir. Çox qəribə səslənsə də, bu gün İslam bankçılığının mərkəzi Londondur. Hazırda Böyük Britaniyada hətta 10 milyard dövriyəsi olan bir neçə İslam bankıçılığı fəaliyyət göstərir. Eyni zamanda müsəlman ölkələrindən Qətərdə, İndoneziyada da böyük dövriyəsi olan İslam bankçılığı var. Son on ildə dünyanın müxtəlif ölkələrində İslam bankçılığını təcrübədən keçirdilər və müsbət nəticələr əldə olundu. 
Azərbaycanda da bu təcrübəyə əl atılırsa, bu təqdirə layiq haldır. Çünki bildiyiniz kimi İslam bankıçılığının spesifik xüsusiyyətləri vardır ki, insanların yeni iş qurmasında, yeni bazarların yaradılmasında, yeni iş yerlərinin yaradılmasında və biznesin qurulmasında çox böyük köməyə malikdir. Klassik bankçılıqdan fərqli olaraq biznesdə insanların iflasa uğramsının sığortalanması məsələsini gündəmə gətirir və insanlar da daha çox bu tip bankçılığa meyl göstərirlər. Digər bankların da İslam bankçılığına keçməsi təcrübədən asılı olacaq. Çox təəssüf ki, Azərbaycanda digər sahələrdə olduğu kimi bank sahəsində də sərbəst, azad rəqabət şəraiti yoxdur. Lakin nəticələr həmişə prinsiplərin yaxşı və pis olmasından aslı olmur. Çünki yerli iqtisadi şərait buna təsir edir. Nə qədər yaxşı prinsiplər olsa da, əgər onların tətbiq olunmasında problemlər olursa, prinsiplərin həyata keçirilməsində əngəllər yaranacaq”.


http://deyerler.org/86152-natiq-ceferli-islam-bankciligi-beynelxalq-tecrubede-ozunu-cox-gozel-sekilde-dogrultdu.html

 

Azərbaycanda uşaq bezi də monopoliyadadır?


«ELƏ PREZİDENTİN ÖZ KOMANDASINDA OLANLARIN MONOPOLİYASIDIR»

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oktay Haqverdiyev hesab edir ki, mübarizənin qeyri-səmimiliyini uzaqda axtarmaq lazım deyil. O, mübarizənin nəticəsiz qalmasının əsas səbəbini bütün inhisarçıların elə prezidentin öz komandasında olması ilə əlaqələndirir.

«Monopoliya elə prezidentin öz komandasında olanların monopoliyasıdır. Başqa monopolist yoxdur ki…»

İqtisadçı Natiq Cəfərli də sabiq şöbə müdirinin fikirlərini bölüşür. Deyir ki, prezidentin söz açdığı inhisarçılar elə müşavirə və iclaslarda prezidentin qarşısında oturan insanlardan ibarətdir.

«Əgər inhisarçılığa qarşı mübarizə aparılırsa ilk növbədə həmin məmurların iqtisadiyyata müdaxiləsinin qarşısının alınmasından başlanılmalıdır. Mücərrəd ifadələrlə mübarizə aparıldığını demək məncə düzgün deyil».

Natiq Cəfərli hesab edir ki, bu baxımdan da prezident siyasi iradə göstərib struktur islahatlarına başlamalıdır.

«BUNUN ÜÇÜN SİYASİ İRADƏ VƏ…»

«Yaxud köklü islahatlara getməklə oyun qaydalarının dəyişdirlməsi ilə bağlı açıq-aşkar cəmiyyətə və məmurlara yönəlik bəyanat verməlidir. Ətrafında olan insanlara bu məsələdə daha prinsipial mövqe tutduğunu bildirməli və onları inhisarçılıq fəaliyyətindən çəkindirməlidir. Bunun üçün siyasi iradə və həm də bu siyasi iradənin həmin qruplar tərəfindən qəbul olunmasına, sözün yaxşı mənasında güc nümayişi lazımıdr».


http://www.azadliq.org/content/article/3556359.html

1 |2 |3 |4 |5 |6 |7 |8 |9 |10