Блог О пользователеnatiqceferli

Регистрация

Календарь

« Сентябрь 2011  
Пн Вт Ср Чт Пт Сб Вс
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
1 |2 |3 |4 |5 |6 |7 |8 |9 |10
 

Üzən hökumət…


Əla, supppper, müsibət, fisqırıq!!! Çox ağıllı ideyadır, ümid edirəm ki, Eurovision bitdikdən sonra, hökumət tam tərkibdə, bu üzən konsert komkleksinə minərək, birdəfəlik Türkmənistana gedəcək!!!



 

Eurovision-nun daha bir xeyri…


Eurovision-nun daha bir xeyri: Eynulla Fətullayevdən sonra, indi də Elnur Məcidliyə qarşı qondarma cinayət işi dayandırıldı…
Hə, hökumət, Bəxtiyarı da, Savalanı da, Bəşirlini də, digər haqsız yerə həbs olunan insanları da burax. Amma sənə bir sualım var, normal işləmən üçün, ölkə hər dəfə bir yarışmı udmalıdır? Olimpiadanın keçirilmə haqqını udsaq, düzgün seçki keçirərsənmi?

 

Интервью в газете «Зеркало»…


- Какие перспективы сулят Азербайджану экономические и энергетические процессы на Южном Кавказе? Азербайджан активно пытается обеспечить свои энергетические интересы и интересы международных силовых центров в регионе. Каковы ожидания от этого процесса? Сможет ли наша страна направить этот процесс на решение проблем своей национальной безопасности?

- Азербайджан по своим экономическим показателям является лидером региона, это неоспоримый факт. Но плохо то, что все это преимущество зависит только от нефти и газа, так как экономика сильно зависит от объема добычи и цен на энергоносители. Власти страны годами использовали энергетический фактор в переговорах с западными странами. Очень часто энергетический фактор играл роль щита для властей от критики со стороны Европы и США. Как только критические статьи, замечания, заявления со стороны международных структур и западных стран увеличивались, власти разыгрывали энергетическую карту, усиливая сотрудничество с Россией и Ираном в данном вопросе. Последнее заявление президента Государственной нефтяной компании Ровнага Абдуллаева о проекте «Набукко» только подтверждают мои слова.

Естественно, Азербайджан, власти страны должны использовать энергетическую карту, преимущество страны только для решения национальных и государственных проблем, таких, как карабахская проблема, но, к сожалению, правительство страны этот козырь постоянно использует лишь для нейтрализации критики в свой адрес и упрочения своей позиции.

(читайте дальше)

 

http://www.zerkalo.az/2011—06-01/partnerstvo

 

Mirzə Ələkbər Sabir…


Mirzə Ələkbər Sabirin atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Abbas Səhhətin yazdığına görə, o oğlunun alverə deyil də, oxuyub-yazmağa həvəsli olduğundan onu tez-tez kötəkləyirmiş, hətta bir neçə dəfə, Mirzənin şer dəftərini də cırıb atıbmış… 

 

Allah sənə rəhmət eləsin Mirzə, bu gün sənin 149 yaşın tamam olur…

 

 

28 MAY…


Dəyərli dostlar, Milli Dirilik, Cümhuriyyət bayramınızı təbrik edirəm! 


Sabah, səhər saat 10-da, REAL İradə Heyyəti öz tərəfdarları ilə birlikdə İstiqlaliyyət bəyannaməsi abidəsini ziyaret edecekdir. Dəvətlisiniz!

 

Hakimiyyətin köhnə üsulu…


Hakimiyyət, Qərbin tənqidlərinə, həmişəki kimi, qaz şantajı ilə cavab verdi. Azərbaycanın NABUCCO — dan çəkilə biləcəyi ilə hədələdi. Əgər Qərbin zərrə qədər ağlı olsa, bu şantajı vecinə də almaz. Onlar anlamalıdırlar ki, belə bir gedişin qara qəpik qiyməti yoxdur. Hakimiyyət qazı onsuz da Qərbə satacaq, başqa çarələrimi var? Nə İran, nə də Rusiya, etibarlı alıcı deyillər. Hakimiyyət bunu çox yaxşı bilir… 

 

Media açıqlaması, 23 may 2011-ci il


Cümhuriyyət Forumuna 200-dən çox iştirakçı qatıldı, Cümhuriyətin gələcəyi müzakirə olundu  

Media açıqlaması, 23 may 2011-ci il 

Mayın 21-də keçirilən Cümhuriyyət Forumuna REAL hərəkatının 200-dək təəssübkeşləri və qonaqlar qatıldı.  Forumda çıxış edən həmsədrlər İlqar Məmmədov, Erkin Qədirli, İdarə Heyətinin üzvləri Natiq Cəfərli, Azər Qasımlı və Azər Mehtiyev həm Cümhuriyyətin gələcəyinə dair, həm də aktual siyasi mövzularda hərəkatın baxışlarını və təkliflərini açıqladırar. 

Foruma təbriklərini tanınmış siyasi və ictimai xadimlər Zərdüşt Əlizadə, Eldar Namazov, İlqar İbrahimoğlu, Nazim Məmmədov çatdırdılar.
 

Siyasi çıxışlarda vurğulandı ki, Xalq Cümhuriyyətinin 93-ci ildönümündə belə ölkəmizin istiqlal mübarizəsi hələ davam edir, çünki keçmiş müstəmləkəçi dövlət Azərbaycanı və Ermənistanı münaqişə vasitəsilə özünə hələ də bağlayır.  Lakin, Azərbaycanın bu təzyiqə cavab verməsi üçün hökumət yetərincə işlər görmür.  2012-ci ildə müqaviləsi bitən Qəbələ radar stansiyasının fəaliyyətini yalnız bir şərtlə davam etdirilməsini REAL hərəkatı mümkün sayır.  Bu da işğal altındakı dörd rayondan – Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan — işğalçı qüvvələrin çıxarılmasıyla Azərbaycan-İran sərhəddinə nəzarətin tam çəkildə Bakıya qaytarılması şərtidir.  Moskva uyğun təzyiqi Ermənistana etməyəcəksə və bu məqsədə nail olmayacaqsa, radarın Azərbaycanda fəaliyyətinə müqavilə bitən kimi son qoyulmalıdır. 

Eyni şəxsin iki dəfədən çox president vəzifəsinə seçilməsini ardıcıl tənqid edən REAL, bir daha bildirdi ki, Cümhuriyyətçilik prinsiplərini ölkədə təhlükə altına qoyan ən önəmli amillərdən biri də 2009-cu il referendumunda təsdiq elətdirilən yeni qaydadır.  Hərəkat bu qaydanın mümkün olan ən tez zamanda ləğvi üçün çalışdığını bildirdi. 

Forumda iqtisadiyyatın və idarəçiliyin praktiki sahələrinə aid bir sıra konkret təkliflər səsləndirildi.  Belə ki, vergi siyasəti kökündən dəyişdirilməlidir.  İstehsala başlayan müəssisələr üçün beş illik vergidən azad müddət qoyulmalıdır.   Ölkədə ümumi daxili məhsulun 80 faizindən çoxu işçi qüvvənin 5 faizi tərəfindən yaradıldığı indiki şərait gizli işsizlikdən, əmək məhsuldarlığının aşağı olmasından, iqtisadiyyatın rəqabət gücünün zəifliyindən xəbər verir.

Azərbaycanın tezliklə Ümumdünya Ticarət Təşkilatına daxil olması, eyni zamanda həm sağ, həm də sol iqtisadi tənzimləmə alətlərindən fəal istifadəsi bu mənzərəni dəyişəcəkdir. 
  

Çıxışlarda həmçinin vurğulandı ki, Cümhuriyyət yolu həm də böyük şəhər bələdiyyələrinin seçilməsi, parlamentin səlahiyyətlərinin artırılması, hökumətin kollektiv məsuliyyətinin yaradılması, əhalinin tam şəkildə tibbi sığortası, yaş pensiyalarının nəsillərarası dayanışma prinsipindən uzaqlaşmaması, ordunun tədricən peşəkar əsaslara keçirilməsi yoludur.  
* REAL hərəkatı 2008-ci ildə yaranıb. İdarə heyətinə daxildir: həmsədrlər İlqar Məmmədov, Erkin Qədirli, İdarə Heyətinin Katibi Natiq Cəfərli, üzvlər Zöhrab İsmayıl, Emin Hüseynov, Azər Qasımlı, Azər Mehdiyev, Şahin Abbasov, Rəsul Cəfərov, Rövşən Ağayev.
 

Cümhuriyyət Forumu 21 May


Time:           21 May · 15:00 — 17:00

Location:      Bakı, Nizami küçəsi 96, Landmark Biznes Mərkəzi, Rotunda zalı (köhnə dəyirmanın yanındakı dairəvi bina)


More info:     Respublikaçı Alternativ (REAL) hərəkatı mayın 21-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 93-cü ildönümü münasibətilə təntənəli forum keçirir. REAL'ın Azərbaycanın tarixinə, gerçəkliyinə və gələcəyinə baxışını daha yaxından öyrənib bizə dəstək olmaq üçün tədbirə qoşulun.



 

Диалог в идеальной Семье


- Дорогая, что тебе на 8-е марта подарить?
- Евровидение, дорогой…
- Без проблем, любимая…

 

İlin sonuna inflyasiya 20% olacaq…


Hakimiyyət büdcənin xərc hissəsini 3,5 mlrd. manat artırır. İndi yolları daha dərin qazacaq, binaları daha qalın üzləyəcəklər. Elə bilməyin ki, hökumət bu pulları ağıllı, analoqu olmayan iqtisadi siyasətlə, vergilərdən daxil olmaların artımı ilə, iqtisadiyyatın canlanması ilə qazanıb, yox-yox, haradadır bunlarda o fərasət, vəsaitin TAMAMI Neft Fondundan büdcəyə transfert ediləcək… 

 

İnflyasiya indi iki rəqəmlidir, təqaüdlərin və maaşların artımından sonra, yeni ayrılan 3,5 mlrd. manatın iqtisadiyyata axınından sonra, inflyasiya daha da artacaq, və ilin sonuna 20% civarında olmağı real görünür…

 

 

Azadlıq Radiosu: Dinləyin.


İqtisadçı Natiq Cəfərli və APA-nın baş direktoru Vüsalə Mahirqızı 2012-ci ildə müsabiqəyə ev sahibliyi edəcək Azərbaycanın «Eurovision»a hazır olub-olmaması barədə suala cavab verirlər:

 

http://www.azadliq.org/audio/broadcastprogram/317888.html

 

Bakı Eurovisiona hazırdmı?


«NEFT PULLARI VƏ AĞILLI STRATEGİYA HESABINA… »

İqtisadçı ekspert Natiq Cəfərlinin «Facebook» sosial şəbəkəsində paylaşdığı fikirlərə baxanda aydın olur ki, o bir mütəxəssis kimi narahatdır.

Natiq Cəfərlinin deməsinə görə, Bakıda cəmi 89 hotel və hotel tipli müəssisə var. Onların da cəmi 16 faizi lüks, 46 faizi isə 1-ci dərəcəli nömrələrdir.

Bakıdakı otellərdəki qiymətlərə gəlincə, qiymətlər 60 manatla 3 min manat arasında dəyişir.

İqtisadçı deyir ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən Eurovision-2011 mahnı müsabiqəsində ölkələrin nümayəndəliklərinin, jurnalistlərin, və fəxri qonaqların sayı 2500 nəfər, turistlərin sayı isə 70 mindən çox olub.

Natiq Cəfərliyə görə, hazırda Azərbaycanın eyni vaxtda bu qədər qonağı qəbul etməyə infrastrukturu yoxdur.

Vaxtın az, görüləsi işlərin çox olmasına baxmayaraq iqtisadçı neft pulları və ağıllı strategiya hesabına bütün işləri vaxtında çatdırmağı mümkün sayır:

«Vaxt çox az olduğundan hökumət daha çox işləməli, daha çox qərarlar qəbul eləməlidir ki, bütün işlər bir müddətinə görülsün»


http://www.azadliq.org/content/article/24176397.html

 

Как повлияет победа на «Евровидении» на экономику Азербайджана?


Песенный конкурс «Евровидение» завершился. По итогам финального концерта в Германии, Азербайджан получил право принять конкурс «Евровидение» у себя дома. Проведение в Азербайджане песенного конкурса в 2012 году послужит еще большему развитию различных сфер экономики. Специалисты считают, что это событие, в первую очередь, оживит сферу туризма. В 2012 году Азербайджан примет конкурс на самом высоком уровне.

Напомнив о том, что официальный Баку не раз становился хозяином грандиозных международных мероприятий, эксперты-экономисты отметили, что скоро начнется обсуждение организационных вопросов. По их мнению, наличие достаточного количества финансовых ресурсов Азербайджана позволит провести мероприятие на высоком уровне.

По словам эксперта-экономиста Натига Джафарли, с финансовой точки зрения никаких проблем не будет. Главный вопрос в том, что времени остается мало: «Конкурс обошелся Германии в 47 миллионов евро. У Азербайджана есть возможность потратить еще больше».

По его мнению, проведение конкурса «Евровидение» в 2012 году в Азербайджане еще больше ускорит развитие экономики страны. В первую очередь будет наблюдаться оживление в сфере туризма. Проведение ряда крупных проектов в рамках года туризма, а также принятие Госпрограммы по социально-экономическому развитию Баку и пригородов на 2011—2013 годах, несомненно, сыграет свою роль. Только в связи с конкурсом в республику ожидается прибытие около 70 тысяч туристов, что как минимум на 10 процентов повысит прибыль в этой сфере. Знаменательное событие также окажет положительное влияние на другие сферы экономики.

«Открытие небольших кафе, ресторанов с приемлемыми ценами приведет к развитию услуг. Любой турист – участник мероприятия может стать лучшим рекламным агентом. Следует уделить внимание улучшению сферы услуг, регулированию цен», - отметил Натиг Джафарли.

 

http://news.day.az/economy/267672.html

 

Eurovision-2012…


Bakıda cəmi 89 hotel, və hotel tipli müəssisə var. Onlarda cəmi 16%-i lüks, 46%-i isə 1-ci dərəcəli nömrələrdir, və günlük tutumu cəmi 2000 nəfərdir. Xatırladıram ki, Eurovision-2011-də, ölkələrin nümayəndəliklərinin, jurnalistlərin, fəxri qonaqların sayı 2500 nəfər idi. 70 mindən artıq da turist gəlmişdi. Belə getsə, Avropanın yanında yenə də üzü qara olacağıq…

 

Qələbənin nəticələri…


Doğurdan da böyük qələbədir. Hamimizi təbrik edirəm! Avropa musiqisinin zirvəsinə qalxdıq. Qələbənin memarının ruhu şad olsun, Üzeyir Bəyi deyirəm, musiqimizi Avropalaşdıran o böyük insana Allah qəni-qəni rəhmət eləsin!

Amma bilməliyik ki, bu zirvənin bizim üzərimizə qoyduğu çox ağır məsuliyyəti var. Hakimiyyət, qələbə eyforiyası bitdikdən sonra, soyuq başla düşünməyə başlayanda, nə qədər böyük bir yükün altına girdiyini anlayacaq, və, çox güman ki, üzə vurmasalar da, birincilikdən peşmanlıq duyacaqlar. Çünki:

 

-          Avropa birincisi ölkənin zindanlarında jurnalistlər, gənc fəallar olmaz

-          Avropa birincisi ölkənin polisi siyasi rəqiblərinin cibinə narkotik atmaz

-          Avropa birincisi ölkənin hakimiyyəti söz və ifadə azadlıqlarını pozmaz

-          Avropa birincisi ölkənin TV kanallarında  bayağı musiqi, toy havası, şəxsiyyətə pərəstiş, ürək bulandırıcı tərif, müxaliflərin pornoqrafik kadrları,  söz azadlığının boğulması olmaz

-          Avropa birincisi ölkə, Avropa məkanının dəyərlərinə, qanunlarına, qaydalarına sayqısızlıq göstərməz

-          Avropa birincisi ölkə, seçkiləri saxtalaşdırmaz

 

 

Mənə çox maraqlıdır ki, bu mənəvi məsuliyyəti bizim hakimiyyət dərk edəcəkmi? Yaşayarıq, görərik…

 

 

 

Respublikaçı Alternativ Azərbaycanın Qoşulmayanlar Hərəkatına qoşulmasını pisləyir


Media üçün açıqlama, 13 may 2011-ci il

Bu gün Azərbaycanın Qoşulmayanlar Hərəkatına (Non-Aligned Movement) üzv olacağı xəbəri yayıldı. Həmin təşkilatda üzvlük heç kimlə hərbi-siyasi ittifaqda olmamaq öhdəliyi üzərində qurulur. “Soyuq müharibə” dövrünün qalığı, tarixi məqsədi NATO və Varşava Müqaviləsi kimi hərbi-siyasi bloklara qoşulmamaq olan bu təşkilatda Azərbaycanın üzvlüyünü şərtləndirən hər hansı ağlabatan meyarın olmadığı qənaətindəyik.

Respublikaçı Alternativ hesab edir ki, ərazisinin əhəmiyyətli hissəsi Ermənistan tərəfindən işğal olunmuş, sülh danışıqlarının nəticəsizliyindən və başqa təhlükələr səbəbindən müharibə ehtimalı ilə yaşayan ölkəmiz, “neytral” dövlətlərə qoşulmamalıdır. Azərbaycana, indiki durumunda, neytrallıq deyil, davamlı və dayanıqlı müttəfiqlik lazımdır. Ermənistanın Rusiya ilə strateji hərbi müttəfiqliyindən doğan potensial təhlükələri, onlara rəqib ittifaqlarla tarazlaşdırmaq əvəzinə, Qoşulmayanlar Hərəkatına qatılmağımız məsuliyyətsiz bir addım olardı.

Avropada bu hərəkata üzv olan yeganə dövlət “Avropanın son diktatorluğu” adı ilə tanınan Belarusdur. Qoşulmayanlar Hərəkatına aid dövlətlərin böyük əksəriyyəti, bəzi istisnalarla, dünyanın ən yoxsul ölkələrdir və ayrı-ayrı dövlətlərin təsiri altındadırlar. Bu baxımdan, onlar hətta BMT-də səsvermələr zamanı həqiqi mənada Azərbaycana dayaq dura bilməyəcəklər.

Respublikaçı Alternativ xatırladır ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında Avro-Atlantik strukturlara inteqrasiya, təhlükəsizliyimizin əsas prinsiplərindən biri kimi təsbit olunmuşdur. Bölgədə ən sadiq müttəfiqimizin, Türkiyənin, yer aldığı bu strukturları buraxıb, ortaq mənafeləri olmayan, tarixi əhəmiyyətini itirmiş məqsədlər ətrafında təşkilatlanmış, üzvlüyündə qeyri-demokratik, korrupsiyaya uğramış, insan haqlarına hörmət etməyən dövlətlərin əksəriyyət təşkil etdiyi bir qurumda iştirak Azərbaycanın təhlükəsizlik və inkişaf perspektivlərini böyük şübhə altına ala bilər.

Beləliklə, Azərbaycanın Qoşulmayanlar Hərəkatına üzv olmasını milli maraqlarımıza tamamilə zidd addım sayırıq, Azərbaycan hökumətini və cəmiyyətini bu həssas, həyati məsələyə dair duyarlı olmağa çağırır və bu cür məsələlərdə qərar verməzdən öncə geniş ictimai müzakirələrin vacibliyini vurğulayır.
_______________________________

* REAL hərəkatı 2008-ci ildə yaranıb. İdarə heyətinə daxildir: həmsədrlər İlqar Məmmədov, Erkin Qədirli, İdarə Heyətinin Katibi Natiq Cəfərli, üzvlər Zöhrab İsmayıl, Emin Hüseynov, Azər Qasımlı, Azər Mehdiyev, Şahin Abbasov, Rəsul Cəfərov, Rövşən Ağayev.

 

Erkini təbrik edirəm


Mən onu ilk öncə, forumlardan tanıdım. Sonra Həmid bəylə İlhamiyyə xanımın TV-də canlı yayımlanan verilişində gördüm. Hətta telefonla efirə bağlanıb, onun dediklərinə öz fikrimi bildirdim. Amma o vaxt, onun forumdan olan, yazdıqlarını çox bəyəndiyim «Dekonstraktor» olduğunu bilmirdim. Sonra real həyatda dost olub, REAL-ı qurduq. Təbrik edirəm, dostum!!!

 

«Optimal məmur»…


Hakimiyyət idarə etməni «optimallaşdıdıb». Dünən «Qırmizi Körpüdə» kömrük və sərhəd işçiləri məndən maşının sığortasını soruşdular. Dedim ki, bundan sizə nə? Cavab verdilər ki, sığortasız ölkəyə maşın buraxmırlar, yoxdursa, 12 manata yerindəcə yazırlar. Özüdə tək bir sığorta şirkəti üçün. Bu da inhisarın yeni, «optimal» forması, «3-ü birində» adlanır (gömrük məmuru+sərhəd işçisi+sığorta agenti=»optimal məmur»)…

1 |2 |3 |4 |5 |6 |7 |8 |9 |10