Блог О пользователеnatiqceferli

Регистрация

Календарь

« Сентябрь 2011  
Пн Вт Ср Чт Пт Сб Вс
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
1 |2 |3 |4 |5 |6 |7 |8 |9 |10
 

YetənəkSizsinizmi?


Ölkəmizin doğurdan da analoqu yoxdur. Hə hikmətdir ki, məmur uşaqlarının hamısı doğuşdan yetənəkli, dahi, bacarıqlı olurlar. Hamısı 20—25 yaşlarında holdinq prezidenti, böyük şirkət sahibi, 10—12 yaşlarında Dubayda villa yiyəsi olurlar. Bütün tenderləri onlar udurlar, hətda ayıdan belə qorxmurlar. Afərin, sən uşaqlardakı fərasətə bir bax! Parlaya-parlaya, analoqu olmaya-olmaya davam edəcəyik (mi)!?!

 

Hicab üçün imza məsələsi…


Əziz dostum Hacı İlqar və onun DEVAMM təşkilatı, hicab məsələsi ilə əlaqədar prezidentə 100 minlik imza-müraciət aksiyasına başlayıb. Vətəndaş aktivliyinin bütün formalarını önəmsədiyim üçün, bu aksiyaya uğurlar diləyirəm. 

 

Amma, mənim siyasi baxışlarıma, siyasi fəlsəfəmə görə, prezidentə müraciəti düzgün saymıram. Məsələ hüquqi müstəvidə həll olunmalıdır. Ona görə də, imzaları prezidentə müraciət üçün deyil də, qanunvericilik təşəbbüsü üçün toplamaq lazımdır. Konstitusiyaya 2009-cu ildə edilmiş dəyişikliklərə görə, 40 min imza toplamaqla, vətəndaşlar Milli Məclisə qanun layihəsi təqdim edə bilərlər.

 

Bunu nəzərə alaraq, imza toplayıb qanun layihəsi təqdim etmək lazımdır ki, məsələ hüquqi müstəvidə çözülsün, bir nəfərin qərarından asılı olmasın…  

 

 

Müdrük taksi sürücüsü…


İndicə maşını təmirə saxlayıb, bir yaşlı, çox şirin danışığı olan taksi sürücüsü ilə ofisə gəldim. Söhbət parad haqda düşəndə, day-day dedi: «Qerdeş oğli, ale, bu raketleri bize nöş göstərir, bizi qorxudur ale? Getsün ermeniye göstərsün, deyim kişi adamdı da ale, düz demirem men ölüm?»

 

Dünyada insanlar ac qala bilərmi?


Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Deyerler.org”a maraqlı faktlar açıqladı:


http://deyerler.org/93440-dunyada-insanlar-ac-qala-bilermi-musahibe.html

 

REAL-ın katibi Tiflisdə vətəndaş cəmiyyətinin problemlərindən danışdı


İyun ayının 23-də Tbilisi şəhərində “Avropa Evi” təşkilatı “Eastern Links: Connecting for the European future” adlı tədbir təşkil etmişdir. Tədbirə Azərbaycan, Moldova, Ermənistan, Ukrayna, Gürcüstan, və digər ölkələrdən ekspertlər, sivil toplum nümayəndələri qatılmışdılar.

Realnews xəbər verir ki, tədbiri giriş nitqi ilə Gürcüstanın Avrointeqrasiya naziri G. Baramidze açmışdır, ondan sonra Ukrayna prezident aparatının keçmiş rəhbəri Oleq Ryabançuk çıxış etmişdir.

Respublikaçı Alternativ (REAL) hərəkatının həmtəsisçisi və idarə heyətinin katibi Natiq Cəfərli “Connecting with the citizens: best ways to promote European values” mövzusunda çıxış etmiş və sonra iştirakçıların çoxsaylı suallarına cavab vermişdir.


http://realnews.az/news/politics/real-ın-katibi-tiflisdə-vətəndaş-cəmiyyətinin-problemlərindən-danışdı

 

Avtoritet…


Əziz dostlar, birdəfəlik bilin ki, mənim üçün nə H. Əliyev, nə R. Mehdiyev, nə Yaponçik, nə İsa Qəmbər, nə Sanka Zver, nə İ. Əliyev, nə Ə. Kərimli, nə Lotu Bəxtiyar, heç biri avtoritet deyil. Mənim üçün önəmli şəxslər deyil də, ilkələr, inandığım dəyərlərdir.

 

20 gəpiklik tualet…


Dünən Ziya Məmmədovun obyekti olan Bakı Avtovokzalında açılan Outlet Mərkəzinə getmişdim. Yarısından çoxu boş olan mərkəzdə havalandırma sistemi çalışmır, havası çox ağır və istidir, amma məni şoka salan o oldu ki, tualetlər pulludur, 20 qəpikdir. Dünyada analoqu olmayan addımdır, bunların gözü nə vaxt doyacaq ki, heç olmasa insanların təbii tələbatlarından qazanmasınlar, və alış-veriş mərkəzində  pullu tualetlərin absurd olmasını anlasınlar?

 

1969 nömrəsinə qısa mesaj…


Siz büdcə pullarının yeyilməsində iştirak etmək istəyirsiniz? Tenderləri udmaq istəyirsiniz? Varlanmaq, ölkəni, xalqı soymaq istəyirsiniz? Elədirsə, «otkat», və ya “rüşvət” yazın, aparatın 1969 qısa nömrəsinə mesaj göndərin, tenderi udmaq cibinizə gəlsin!

 

Qurtuluş günü…


Düşünürəm ki, gələcəkdə «Milli qurtuluş» adlı bayram, mütləq olmalıdır. Təəsüf ki, indi bu bayramın hansı ayda, hansı gündə olacağını deyə bilmərəm. Amma bu sistemi nə vaxt tarixə göməcəyiksə, o günü qurtuluş günü, milli bayram günü elan edəcəyik!

 

Natiq Cəfərli: «Türkiyə seçkiləri və nəticələri Azərbaycan üçün də örnək olmalıdır»


REAL Hərəkatının katibi Natiq Cəfərli Türkiydəki «12 iyun 2011 Parlament Seçkiləri«ni Deyerler.org-a şərh edib. N.Cəfərli proseslə bağlı fikirlərini belə ifadə etmişdir: "İlk öncə qardaş Türkiyə dövlətini, xalqını, bütün Türkiyə yurddaşlarını demokratik, müstəqil, çoxsəsli seçki keçirmələri münasibəti ilə təbrik edirəm. İqtidarda olan AKP seçkiləri qazandı, deməli, türk toplumu 2 dönəm ölkəni idarə edən hökumətin iqtisadi siyasətini, xarici siyasət “vizionunu” bəyəndi və bunun davamını istədi. Türkiyə yurddaşları AKP-ni iqtidara üçüncü dönəm gətirdi, amma bu partiyanın təkbaşına ana yasa yaratmağına izn vermədi. Bu isə Cümhuriyyət dəyərləri üçün, çoxsəsli toplum üçün, uzlaşmaq üçün çox vacib idi. Türkiyə seçkiləri və nəticələri Azərbaycan üçün də örnək olmalıdır. Qardaş Türkiyə üçün xeyirli-uğurlu olsun!»

 

http://deyerler.org/92319-natiq-ceferli-turkiye-seckileri-ve-neticeleri-azerbaycan-ucun-de-ornek-olmalidir.html

 

Причины беспредела на дорогах…


Ситуация на дорогах доказывает:

- несколько миллиардов на инфраструктурные проекты, на мосты и переходы, на дороги, пошли коту под хвост, потому что, во-первых, они не были до конца продуманы, во-вторых, эти проекты служили коррупции, а не улучшению положения, в-третьих, не было общественного и экспертного обсуждения таких проектов

- хаос на дорогах, чаще всего происходит оттого, что права на вождение продается, люди не учат правила, а покупают себе права, или же, откупаются от наказания, то есть, и здесь главная причина коррупция

- нет социальной рекламы на ТВ каналах, нет государственной продуманной программы в этом направлении, детей не учат в школах, а ТВ каналы заняты только восхвалением Семьи и оболваниванием населения

- правила на дорогах, чаще всего нарушают машины с государственными номерами, машины министерств и президентского аппарата, заранее закрывают дороги для президента, и сотни тысяч людей страдают от того, что какой-то начальник хочет заранее уменьшить себе работу, за час закрывая дороги, откуда проедет президент

 

 

- риторика властей о развитие регионов – просто миф и обман, все рвутся в Баку, потому что, в районах нет работы, плохо дела с коммунальными услугами, с отдыхом 

 

 

Fərq…


Bakıda gürcü restoranında 20 xəngəl, 2 limonad, 1 xaçapuri, 1 pomidor-xiyar salatı — 52 manat, Tbilisidə 50 xəngəl, 2 xaçapuri, 2 limonad, 2 bakal pivə, 1 lobya salatı, 1 badımcan salatı, 1 pomidor-xiyar salatı — 32 lari (16 manat). Demokratiya ilə avtokratiyanın fərqini görürsünüzmü? 

 

Türkiyə seçkiləri…


Sabah qardaş Türkiyədə seçkilərdir. Bu seçimlərin nəticəsi  tək Türkiyə üçün deyil də, bütün region üçün çox önəmlidir. Qardaşlarımıza adil seçim arzu edirəm. Mənim təxminlərimə görə AKP 42—45%, CHP 28—32%, MHP 12—14% səs alacaq. Çox güman ki, AKP 330 deputat yerinin altında qalacaq…

 

Əsassız yoxlamalr


Azadlıq Radiosu: Ekspertlər Nazim Məmmədov, Natiq Cəfərli və sahibkar Səxavət Mustafayev sahibkarların problemlərindən danışarlar:

 

http://www.azadliq.org/audio/broadcastprogram/328634.html

 

 

REAL hərəkatı Türkiyədəki Azərbaycan əsilli vətəndaşları 12 Haziran seçkilərində Cümhuriyyətin əs...


 

        REAL hərəkatı Türkiyədəki Azərbaycan əsilli vətəndaşları

12 Haziran seçkilərində Cümhuriyyətin əsaslarının

möhkəmlənməsinə səs verməyə çağırdı

 

Media açıqlaması

8 iyun 2011-ci il

 

Respublikaçı Alternativ hərəkatının həmsədri İlqar Məmmədov Türkiyədə keçiriləcək 12 Haziran seçkilərini şərh edərkən, Türkiyədə yaşayan Azərbaycan əsilli vətəndaşları rəqabətli siyasi iqlimin qorunmasına işləyəcək seçim etməyə çağırdı.

 

İ.Məmmədovun sözlərinə görə, 2002-ci ildən etibarən Türkiyə həm iqtisadiyyatda, həm də siyasi standartların yüksəlməsində böyük uğurlara nail olub:

 

“Ancaq , uğur bir partinin deyil, rəqabətli siyasi və iqtisadi çevrənin uğurudur.   12 Hazirandan sonra hər hansı bir parti Ana Yasanı təkbaşına dəyişə biləcək iqtidara yiyələnərsə, bu, Türkiyənin maraqlarına zidd bir nəticə olacaqdır.  Çünki Türkiyənin gücü həm də onun Cümhuriyyət təsisatlarının möhkəmliyindədir.”

 

REAL hərəkatının həmsədri bildirdi ki, Azərbaycanda iqtidarda olan Yeni Azərbaycan Partisi tərəfindən bütün Azərbaycanın guya Türkiyədə hansısa bir partiyə dəstək verməsi haqda çıxışları həqiqət deyil:

 

“Hər bir Azərbaycan vətəndaşının Türkiyədə daha çox bəyəndiyi parti ola bilər. YAP bütün Azərbaycan xalqı adından danışmaq səlahiyyətində deyil.  Biz hər kəsi Türkiyədə Cümhuriyyətin əsaslarını möhkəmlədəcək seçim etməyə çağırırıq.”

 

 

 

«Dövlətin malı dənizdir, yeməyən donuzdur"…


YAP zihniyyəti, YAP siyasəti tək ölkəni deyil də, vətəndaşları da hədəfsiz, məqsədsiz qoyub. Əsgər general olmaq istəmir, məmur nazir olmağa çalışmır, siyasətçi prezident olacağına inanmır. Azərbaycanı tək bir dalğaya kökləyiblər – “dövlətin (xalqın) malı dənizdir, yeməyən donuzdur”…

 

«Sabitlik»…


Azərbaycanda YAP sayağı “stabilliyin” ölçü vahidi bareldir, dəyəri London əmtəə birjasında müəyyən olunur, bu günə olan qiyməti 115,47 dollardır…

 

Tarixçılərin ən çox işlədəcəyi kəlmələr…


Üzən konsert salonu, alov şəklində ofis, hər ay təzələnən tratuarlar, tez-tez yenilənən alfalt örtüyü, keyfiyyətsiz işlər, büdcə korrupsiyası, inhisarçılıq, azadlıqların boğulması, haqq və ədalətin tapdanması, qanunsuzluq, vətəndaş cəmiyyətinin zəifliyi: tarixçilər bir neçə ildən sonra bu günlər haqqında yazılarda, ən çox bu kəlmələri işlədəcəklər…

P.S. SOCAR-ın tikiləcək ofisi:



 

 

 

 

 

 

 

 

1 |2 |3 |4 |5 |6 |7 |8 |9 |10