Блог О пользователеnatiqceferli

Регистрация

Календарь

« Сентябрь 2011  
Пн Вт Ср Чт Пт Сб Вс
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
5 |6 |7 |8 |9 |10 |11 |12 |13 |14 |15
 

Azadlıq Radiosunda suallara cavab


Kimdən: Umid Şəhər: Baki
12.12.2010 11:16
Salam.Sizce Azerbaycanin bu gunku herbi buccesi torpaqlarimizi herbi yolla almaq ucun kifayetdir?birde Azerbaycanin buccesi haqqinda melumat vererdizde zehmet olmasa,hem herbi hemde umumi.

Kimdən: AzadlıqEco
16.12.2010 18:39
“ReAL” Vətəndaş Birliyinin həmtəsisçisi iqtisadçı Natiq Cəfərli:

2011-ci il üçün Azərbaycanın dövlət büdcəsi 12,5 milyard manta müəyyən olunub. Hərbi xərclər üçün isə büdcənin təxminən 3 milyard manatı nəzərdə tutulub. Başa vurmaqda olduğumuz 2010-cu ildə isə Azərbaycanın hərbi büdcəsi 2,2 milyard manat idi. Ancaq hərbi xərclər üçün ayrılan vəsaitin çoxluğu işğal altından olan torpaqların azad edilməsi üçün yetərli deyil. Burada həm siyasi, həm iqtisadi amillərin, həm də ölkənin bütünlükdə mobilizə olunması potensialının böyük önəmi var. Bir tərəfdən də həmin büdcə vəsaitlərinin xərclənməsində heç bir şəffaflıq yoxdur. Belə bir şəraitdə yalnız Azərbaycanın hərbi xərclərinin ildən-ilə artmasının sonucda torpaqların işğaldan azad edilməsinə gətirəcəyini düşünmək doğru deyil.


Kimdən: Azad Şəhər: Həbsxana
26.11.2010 16:06
Sizcə Azərbaycanda qadın işsizliyi nədərəcədə ciddidir və bu cəmiyyətdə və ailədə problemlər yaradırmı? Bunu aradan qaldırmaq üçün xüsusi bir mexanizmlərdən istifadə edilməlidirmi və ya ümümi işsizlik problemi çərçivəsində həll olunmalıdır.

Kimdən: AzadlıqEco
16.12.2010 18:42
İqtisadçı Natiq Cəfərli :

Bu gün Azərbaycanda qadın işsizliyi çox böyük problemdir. İndi ölkədə işsizlərin çoxu qadınlardır. Bu da ciddi sosial problemlərə səbəb olur. Ailə daxilində gəliri, iqtisadi azadlığı olmayan qadın söz sahibi ola bilmir, ərindən asılı duruma düşür. Bu da qadınlarda özünəgüvənlik hissinin zəifləməsinə, onların sosial adaptasiyasına mane olur. Çox istərdim ki, xanımlar həm iqtisadi həyatda, həm social həyatda daha çox rol oynasınlar. Bunun da yolu həm qaninvericilikdə müəyyən dəyişikliklərdən ibarət ola bilər, həm də pozitiv ayrımçılıq anlayışının dövlət proqramı səviyyəsinə qaldırılmasında ola bilər. Pozitiv ayrımçılıq dedikdə hər hansı firmalara, şirkətlərə qadınları işə götürdükdə müəyyən vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Vaxtilə bu Qərb ölkələrində də tətbiq edilib. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün bu variant qadın işsizliyinin aradan qaldırılması üçün effektli ola bilər.


Siz bir dovletin inksafi ucun,ilk novbede onun iqtisadi inksafini ? yoxsa siyasi sistemin demokratiklesmesini vacib hesab edirsiniz.

Hormetle

Kimdən: AzadlıqEco
16.12.2010 18:45
İqtisadçı Natiq Cəfərli :

Bu çox fəlsəfi sualdır. Bu fikirlə bağlı hələ də mübahisələr var. Nobel ödüllü Fridman deyir ki, öncə iqtisadi azadlıqlar olmalıdır , ardınca siyasi azadlıqları gətirməlidir. Bu fakir müəyyən mənada Çində tətbiq olunur. Yəni bu gün Çində müəyyən iqtisadi azadlıqlar olsa da, siyasi azadlıqlar yoxdur. Ancaq bizim kimi xırda ölkələrdə bu islahatlar paralel aparılmalıdır. Qonşu Gürcüstanda bununla bağlı çox yaxşı örnək var. Həm siyasi, həm iqtisadi islahatları paralel aparan Gürcüstan regionda biznes mühiti ilə bağlı ən cəlbedici ölkə ola bilib. Gürcüstanda siyasi azadlıqlarla yanaşı, uğurlu biznes mühitinin yaradılması bu ölkəyə investisiyaların cəlbinə şərait yaradıb. Korrupsiyanın olmaması, vergi sistemindəki güzəştlər, yeni biznesə başlayanlar üçün bank sistenmində böyük təşviqlərin olması Gürcüstanın inkişafı üçün çox böyük imkanlar yaradır. Bu təcrübəyə əsaslanaraq düşünürəm ki, Azərbaycan da eyni metoddan yararlanmaqla həm iqtisadi, həm də siyasi islahatlaraı parallel aparmaq gərəkdir.

http://www.azadliq.org/discussion/1/182467.html#1908930
 

Sizcə «Ququş» kim olacaq?


Belə getsə, hakimiyyət heç bir nəticə çıxarmayıb, ancaq köhnə oyunlarla, zor gücünə, pulla vəziyyətə nəzarət etməyə çalışsa, heç bir islahata getməsə,  indidən hakim “elita” onları daşıyacaq uçağın yanında oxunacaq mahnını və müğənnini seçsinlər, qoy indidən onların “Ququşu” kim olacaq, ona qərar versinlər.
 

Budurmu müstəqil siyasət?


Azərbaycan hakimiyyətinin ritorikasında tez-tez təkrarlanan bir ifadə var: «Biz müstəqil siyasət aparırıq». İndi isə məlum olur ki, (əslində, prossesləri izləyən və anlayanlara çoxdan məlum idi) bizim hakimiyyəti İran hürküdür, Rus qorxudur, Bp şantaj edir, Qərb təpinir, bir sözlə, gələn-gedən öz maraqlarını sırıyır. Buna dözmək üçün isə, azad seçkilərdə qalıb gələn, xalqın dəstəyini alan, legitim, doğru-dürüst hakimiyyət lazımdır. Nə qədər ki, belə bir hakimiyyət ölkədə qurulmayıb, biz bu gür təhtidlərlə qarşı-qarşıya qalacağıq. Qarabağ kimi dərdi olan ölkənin belə bir situasiyaya düşməyə haqqı yoxdur…
 

Mülkiyyət siyasi məsələdir


 Bu gün Azad İqtisadiyyata YardIm İtimai Birliyinin təşkil etdiyi mülkiyyət hüquqlarının qorunması ilə bağlı bir tətbirdə iştirak edirdim. Maraqlı informasiya aldım, əsasən hüquqşünaslar çıxış edərək mülkiyyətin qorunmasının hüquqi tərəflərindən, qanunlardan danışdılar, və qeyd etdilər ki, bizim məhkəmələrdə mülkiyyətlə bağlı işlərdə heç nəyə nail ola bilməyiblər. Məncə bu onların günahı deyil, bizdə sadəcə olaraq hakimiyyətin bir qolu var — icra hakimiyyəti, və bu qol həm məhkəmə hakimiyyətini, həm də qanunverici hakimiyyətini «udub»,  «həzm» edib və artiq «ifraz» da edib. Ona görə də, mülkiyyət məsələsi hüquqi və iqtisadi məsələ olmaqdan çıxıb, siyasi bir məsələ halını alıb. Ölkədə bütün məsələlər kimi, bu məsələni də bacardıqca çox siyasiləşdirməliyik. Başqa yol yoxdur.

Orada bəzi insanlar prezidentə bu barədə müraciət etməyi təklif etdikdə, mən qarşı çıxdım, axı kimdən kimə şikayət edəsən? Məgər bu sistemin başında duran insan o deyil? Nə anlamı var belə müraciətlərin?
 

Primitiv inkişaf modeli…


Ramiz Mehdiyevin rəhbərliyi ilə yeni bir kitab yazılıb, “İnkişafın Azərbaycan modeli”, və təqdimat mərasimində hakimiyyət üzvləri bu barədə fikirlərini bildiriblər. Çox primitiv, bayağı və elmi əsası olmayan fikirlər səslənib, amma ən əcaib fikri bizim sistemdə professor olan Şəmsəddin Hacıyev səsləndirib:

«Hər bir ölkənin özünəməxsus inkişaf xüsusiyyətləri, həm resurs, həm də aparılan siyasət xüsusiyyətləri var. Model o ölkələrə aid olunur ki, o ölkədə inkişaf anoloqu olmamaqla fərqlənir və aparılan siyasət fərqliliyi ilə xarakterizə olunur»

Tutasan yaxasından bu professorun və deyəsən ki, analoqu olmayan ölkələr ancaq faşist və kommunist rejimləri olub, hətda onlar belə bir-birlərini bəzən təkrarlayıblar, qalan hər şeyin, hər modelin analoqu var və olacaq. Sizin qurduğunuz primitiv iqtisadi modelin onlarla analoqu var, əsasən də, Afrikanın təbii resurslarla zəngin ölkələrində bu model onillər öncə tədbiq olunub.

Bir dəfə də sirkələyib soruşasan ki, aparılan siyasətin fərqliliyi nədədir? Hətda qədim Romadan bəri bütün avtoritar rejimlər necə idarə etməyə çalışırdılarsa, hansı prinsiplərlə işləyirdilərsə, siz də, elə model olaraq bunu seçmisiniz. Çox primitiv olan “Çörək və şou”, həyatın hər sahəsində insiharçılıq, hakim elitanin toxunulmazlığı və özbaşnalığı, bütün azadlıqların beşikdəcə boğmağa çalışılması, bütün bunlar əsirlərdir var. Nə qədər ki, sizin kimi düşünən “professorlar” olacaq, nə qədər ki sizin qurduğunuz resurslara və primitiv gücə dayalı ölkələr var, bu sistemlərin analoqu olacaq.

Amma dünya elə sürətlə dəyişir ki, yaxın bir neçə ildə, belə absurd sistemlər tamamilə çökəcək, çünki bu tipli ölkələr, dünya düzəninə bir təhtitdir, artıq sivil dünya bunu dərk etib, qalıb sizin kimi kafaların dərk etməsi, çox yaxşı olardı ki, düşünüb özünüz dərk edəsiniz ki, silkələnməyəsiniz…
 

Skandala dözməyən sistemlər…


Bütün qapalı, basqıcı, əzici, azad sözə, azad düşüncəyə, ümumən, azadlıqlara qənim kəsilən sistemlərin ən qorxduğu məsələlərdən biri hakimiyyət haqqında, hakim elita haqqında yaranan skandallar, qalmaqallar, və bunların el içində dildən-dilə, ağızdan-ağıza yayılmasıdır. Belə hallar baş verəndə, və yayılanda, insanların sistemdən qorxusu azalır, onların alqılamasında sistemin gücü və hər bir şeyə qadir olması, hər şeyi kontrol altında tutmaları zəifləyir, bir sözlə, sistemin həmişə var olması sual altına düşür. Bu vəziyyət isə hakim elitaları qəzəbləndirir, onları güc nümayişinə, itirilmiş mövqelərin bərpa etməyə “həvəsləndirir”, belə olduqda, onlar daha çox səhv edərək, daha çox skandallar yaradırlar. Bu hal bir neçə dəfə davam etdikdə, müəyyən dairəvilik  yaranır ki, bu da sonunda mütləq qapalı sistemlərin bir andaca  çöküşünə nədən olur.Son günlər  ölkəmiz  bir-birinin ardınca dildən-dilə sürətlə yayılan skandalların mərkəzindədir. Hakimiyyətin bu qalmaqallara bəsit, bayağı, düşünülməmüş, və əksinə, daha çox sual yaradan cavabları sistemin bu skandalları idarə edə bilməməsindən, qəzəblənməsindən, və çarəni “strausvari”  hərəkətlər etməkdə görməsindən belə anlamaq mümkündür ki, sistem hazırsızlıq yaxalanıb, bu isə açıqların olmasına dəlalət edir. Bir sözlə, hər bir gedişata hazır olmalıyıq…
 

Mənim mövqeyim…


Mənim bu sistemə, bu hakimiyyətə münasibətimi hamınız bilirsiz, onlara sərt müxalifəm, amma mən belə hesab edirəm ki, Mehriban xanım haqqında belə axmaq yazıları nə yaymaq, nə də ondan istifadə etmək düzgün deyil. Yazılanlar ağ yalan olmaqdan əlavə, həm də qeyri profesional bir yazıdır, çünki, artıq bir neçə ildir ki, Lukaşenkonu Avropaya buraxmırlar. Tam cəfəngiyyat və mənəviyatsız bir yazıdır.
 

Təbriklər…


Öz hüquqları uğrunda mübarizə apara bilən bütün insanları təbrik edirəm. Hüquqlarını bilməyənləri, öyrənmək belə istəməyənləri, bilib qorumayanları bu gün münasibəti ilə təbrik etmək istəmirəm.
 

Natiq Cəfərli: "Biz bu ordunu qazanmalıyıq"


Deyerler.org: “Bu hakimiyyət sabitlik anlayışını çox yalnış şəkildə təqdim edir. Əgər Azərbaycanda insanın mülkiyyət toxunulmazlığına zəmanət verilmirsə, bu zəmanət yoxdursa, ölkədə heç bir sabitlik ola bilməz. Hakimiyyət yaxşı anlayır ki, iqtisadi azadlıqlar təmin olunduqda demokratik azadlıqlar da tələb olunacaq. Vətəndaş cəmiyyəti olaraq sadə insanların adi haqları belə tapdalananda onların yanında olmaq lazmdır. Belə hallarda daha çox mətbuat hüquqları pozulan insanların yanında oldu. Bu, bizim səhvimizdir. Biz sadə insanların yanında olmalıyıq. Digər tərəfdən hər an hüquqları pozulan sahibkarların yanında olsaq, xeyli sahibkar ordusu vətəndaş cəmiyyəti ilə birgə olar. Hər an hüquqları pozulan sahibkarlar ordusu var. Biz bu ordunu qazanmalıyıq”. REAL Vətəndaş Birliyinin həmtəsisçisi Natiq Cəfərli Gənclər Klubu İB-nin “Azərbyacanda insan haqlarının mövcud vəziyyyəti: problemlər və beynəlxalq standartlar” mövzusunda konfransında belə açıqlamalarla çıxış etmişdir.
/
Deyerler.org/

 

İntellektual sistem, yoxsa milyonların yuyulması?


İqtisadçı Natiq Cəfərli isə deyir ki, Nəqliyyat Nazirliyinin fəaliyyəti, onun inhisarçı olmasıyla bağlı həmişə şübhələr doğurub.
Natiq Cəfərli

«Məsələn, yeni avtovağzalın tikilməsi ilə bağlı tenderi də məhz nazirin oğluna məxsus şirkət udmuşdu. Bu da artıq nazirlikdəki inhisarçılıqdan və korrupsiyadan xəbər verir».

«Avanqard görünüşlü mərkəz neçəyə tikilib» sualına isə nazirlik rəsmisi Sədrəddin Məmmədov cavab vermir. Deyir ki, onun işi rəqəmlərlə işləmək deyil, bütünlükdə layihəyə cavabdehlikdir. Amma bu məbləğ layihəyə bütünlükdə ayrılmış 77 milyona daxildir. Detallı rəqəmlərisə gələn il açıqlayacaqlar.


BƏLƏDİYYƏLƏRƏ YOL

Bir çox iqtisadçılar, o cümlədən Natiq Cəfərli hesab edir ki, nəqliyyat sektoru Nəqliyyat Nazirliyinin nəzarətindən çıxarılmalı, başqa ölkələrdə olduğu kimi bələdiyyələrə verilməlidir.

Məsələn, Türkiyədəki kimi. Bu ölkədə avtopark, svetofor, yolların çəkilişi və başqa işlərin hamısını bələdiyyələr görür. Elektron izləmə sistemlərinisə polis idarələri qurur. İstanbul bələdiyyəsinin avtoparklarla məşğul olan «İspark» şirkəti özəlləşdirilərək satılıb.

Bu haqda İstanbul metropol bələdiyyə başqanı Kadir Topbaşı AzadlıqRadiosuna bildirir ki, Azərbaycanda da səlahiyyətlər icra qurumlarından alınıb yerli özünü idarəetmə orqanlarına verilməlidir:

«Bu prosesdə nə qədər geciksəniz, o qədər geridə qalacaqsınız. İnanıram ki, yerli özünü idarə etmə orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılması və onların işinə müdaxilə yaxın gələcəkdə yerini daha demokratik metodlara verəcək. Bu prosesləri nə qədər erkən tərk etsəniz, o qədər yaxşı olar. Buna məcbursunuz».


http://www.azadliqradiosu.az/content/article/2243262.html

 

Niyə biznesmenlər məmur ailələrindən çıxır?


Azərbaycanın ən böyük holdinqləri məmurlara və yaxud da hakimiyyətin yuxarı eşelonunda təmsil olunan insanlara məxsusdurlar”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında iqtisadçı-ekspert Natiq Cəfərli
“Wikileaks”də Azərbaycan məmurlarının sərvətləri haqqında yayılan məlumatların müzakirəsində deyib. Ekspertin fikrincə, biznes qabiliyyətli insanların ancaq bu ailələrdən çıxmasının özü elə şübhəli məsələdir.

“Kökündən bu məsələlərin yanlış olmağı, yalan olmağı barədə bəyanatlar vermək olar. Amma faktlar da göz qarşısındadır axı. Azərbaycanın 3—4 ən böyük holdinqləri, şirkətləri hansılar ki, Azərbaycanda böyük bizneslə məşğuldurlar bunlar açıq-aşkar məmurlara və yaxud da hakimiyyətin yuxarı eşelonunda təmsil olunan insanlara məxsusdurlar. Necə ola bilər ki, Azərbaycanda böyük biznes qabiliyyətli insanlar ancaq bu ailələrdən çıxsın? Bu axı sağlam məntiqə də uyğun gəlmir. Burda başqa məsələlər var”.


http://www.azadliqradiosu.az/content/article/2242486.html
 

Məmurların mal varlığı "WikiLeaks"də…


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, iqtisadçı-ekspert Natiq Cəfərli, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev və «Korrupsiya» Fondunun icraçı direktoru Vasif Mövsümov bu barədə danışırlar, dinləyə bilərsiz:

http://www.azadliq.org/audio/broadcastprogram/248355.html
 

İkrah hissi…


Bu gün bir tədbirdə idim, bir çoxları yenə də Qərbi qınayırdlar ki, onlar demoktratiyanı neftə satdılar, bu cümlə artıq məndə ikrah oyadır, elə bil ki, bizlər özümüzə bununla təskinlik veririk. Millət, demokratik dəyişiliklər cəmiyyətin içindən gəlməli, bizim gündəmimizin ilk maddədi olmalıdır ki, Qərb də, Şərq də, hətda Afrika da bunu anlasın.
 

Təkzib edən oğul axtarıram…


Bildiyimiz kimi, bizim hakimiyyət wikileaks-də özləri haqqında çıxan bütün məlumatları təkzib etməklə məşğuldurlar. ABŞ — nın yayılan xəbərlərin doğruluğunu bəyan etməsindən sonra bunun nə qədər gülməli olması hamıya aydındır. İndi həmin sayt Ermənistan haqqında, onların İrana silah satmaları barəsində məlumatlar yayıb. Bu məlumatlar Azərbaycanın informasiya müharibəsində Ermənistanın dünyada imicini aşağılamaq üçün, onlara qarşı PR aparmaq üçün çox yaxşı şərait yaradır. Amma əvvəlcədən wikileaks məlumatlarını qeyri-ciddi və yalan adlandıran bizim hakimiyyət, indi Ermənistan haqqında olan sənədlərə «doğrudur» deyib, təbliğat apara bilməz. Etsələr, bu ikiqat gülməli olacaq. Hakimiyyətin düşünülməmiş addımlarının daha bir örnəyi…
 

Məntiqsizləşən qiymətlər…


Maşını xırda təmir etdirmək, evə bazarlıq etmək üçün adam az qalıq artiq Tbilisiyə getsin, neft pullarından qudurmuş primitiv iqtisadi model və total korrupsiya ölkədə qiymətləri məntiqsizləşdirib…
 

"Xaç atası" filmi qadağan olunacaq"


Bu həftə bloqqerlər WikiLeaks-in sənədlərindən, azərbaycanlının kreditə hesablanmış həyat tərzindən, mentalitetdən və s. yazırlar…


http://www.azadliqradiosu.az/content/article/2239487.html
 

Girənlər…


Ölkədə yaltaqlıq yarışına girənlərə, ümumiyyətlə, girənlərə yazığım gəlir, onlar həyatda hər şeyə bu eybəcər sistemə görə nail olublar, normal, açıq, sivil və rəqabətli cəmiyyətdə yaşasaydılar, ən yaxşı halda JEK işçisi olardılar, amma indi deputat, TV rəhbəri, məmurdurlar…
 

İddia…


İnsanların başını qatmaq üçün, fikirlərini wikileaks və Turqut Ər məsələlərindən ayırmaq üçün, ortaya «Quş qripi» xəstəliyi atdılar. İddia edirəm ki, bu gün bütün TV kanalların axşam xəbərlərində bu məsələ nömrə bir olacaq…
 

Hazır olmalı…


Millət, wikileaks və Turqut Ər olaylarından sonra sistem, ya hər hansı bir şəkildə islahata gedəcək, ya da repressiyaları gücləndirib daha sərt daxili siyasət yürüdərək, ölkəni partlayışa aparacaq. Onlar anlamalıdırlar ki, dünya çox dəyişib, dəyişməkdə də davam edir. Bizlər isə hər iki varianta hazır olmalıyıq…
 

Qadağalar :))


Çox güman ki, Wikileaks-in son açıqladığı sənədlərdən sonra, ölkədə «mafiya» oyunu və «Xaç atası» filmi qadağan olunacaq…
5 |6 |7 |8 |9 |10 |11 |12 |13 |14 |15