Блог О пользователеnatiqceferli

Регистрация

 

Dünən qalxan bayraq, bu gün endi…


İki gün öncə çox böyük təmtəraqla, səs-küylə Bakıda bayraq meydanının açılışı oldu. Bu projenin bahalığı, büdcəyə neçəyə başa gəlməsi haqqında çox yazılıb, mən bu məsələlərə toxunmayacam. Məmurlarımız bayraqdan pul yeyiblərsə, bunu da onların …olmayan vicdanlarına yazıram.

       Məni bu açılışın zamanlaması maraqlandırır. Bayraq meydanı Medvedyevin Bakıya gəlişindən bir gün öncə açıldı. Yəqin ki, bizim prezident yeni bahalı və analoqu olmayan oyuncağını öz qonağına göstərmək istəyirdi. Dünən Gülüstan sarayında yaxşı yeyib-içmək oldu (çox güman, Rusiya ilə Ermənistanın bizim başımıza oyun aça biləcək yeni müqaviləsini “yuyurdular”) və qonağa o bayragı göstərdilər. Ümumiyyətlə, bizim kimi, Rusiya kimi, ərəb ölkələri, Şimali Koreya kimi avtoritar rejimlərdə dövlət başçıları bu tipli oyuncaqları çox sevirlər  və bununla qürur duyurlar, bunu vətənpərvərlik nümunəsi kimi anlayır və cəmiyyətə təqdim edirlər. Halbuki, əsil vətənpəvərlik dirəyin uzunluğu, bayrağın böyüklüyü ilə deyil də, vətənə, xalqa xidmətlə ölçülür.

       Xülasə, bayrağı bu gün gecə endiriblər, nədənidə budur ki, külək əsir. Cənab məmurlar, məlumunuz olsun ki, Bakı küləklər şəhəridir, ilin 365 gününün 300 günü şəhərdə küləklər olur. Sizlər bunu nəzərə aldınızmı? Yoxsa bayrağımızı, prezident və onun qonaqlarının sıx-sıx keçdiyi yollarda açdığınız alveri olmayıb da, ancaq adı olan bahalı butiklər, brend mağazaları kimi, gözdən pərdə asaraq psevdo-inkişaf simvolunamı çevirmək istəyirsiniz???



Для ответа с цитированием необходимо
выделить часть текста исходной записи