Блог О пользователеnatiqceferli

Регистрация

 

Hicab üçün imza məsələsi…


Əziz dostum Hacı İlqar və onun DEVAMM təşkilatı, hicab məsələsi ilə əlaqədar prezidentə 100 minlik imza-müraciət aksiyasına başlayıb. Vətəndaş aktivliyinin bütün formalarını önəmsədiyim üçün, bu aksiyaya uğurlar diləyirəm. 

 

Amma, mənim siyasi baxışlarıma, siyasi fəlsəfəmə görə, prezidentə müraciəti düzgün saymıram. Məsələ hüquqi müstəvidə həll olunmalıdır. Ona görə də, imzaları prezidentə müraciət üçün deyil də, qanunvericilik təşəbbüsü üçün toplamaq lazımdır. Konstitusiyaya 2009-cu ildə edilmiş dəyişikliklərə görə, 40 min imza toplamaqla, vətəndaşlar Milli Məclisə qanun layihəsi təqdim edə bilərlər.

 

Bunu nəzərə alaraq, imza toplayıb qanun layihəsi təqdim etmək lazımdır ki, məsələ hüquqi müstəvidə çözülsün, bir nəfərin qərarından asılı olmasın…  

 

 

Для ответа с цитированием необходимо
выделить часть текста исходной записи