Блог О пользователеnatiqceferli

Регистрация

 

Natiq Cəfərli: «Türkiyə seçkiləri və nəticələri Azərbaycan üçün də örnək olmalıdır»


REAL Hərəkatının katibi Natiq Cəfərli Türkiydəki «12 iyun 2011 Parlament Seçkiləri«ni Deyerler.org-a şərh edib. N.Cəfərli proseslə bağlı fikirlərini belə ifadə etmişdir: "İlk öncə qardaş Türkiyə dövlətini, xalqını, bütün Türkiyə yurddaşlarını demokratik, müstəqil, çoxsəsli seçki keçirmələri münasibəti ilə təbrik edirəm. İqtidarda olan AKP seçkiləri qazandı, deməli, türk toplumu 2 dönəm ölkəni idarə edən hökumətin iqtisadi siyasətini, xarici siyasət “vizionunu” bəyəndi və bunun davamını istədi. Türkiyə yurddaşları AKP-ni iqtidara üçüncü dönəm gətirdi, amma bu partiyanın təkbaşına ana yasa yaratmağına izn vermədi. Bu isə Cümhuriyyət dəyərləri üçün, çoxsəsli toplum üçün, uzlaşmaq üçün çox vacib idi. Türkiyə seçkiləri və nəticələri Azərbaycan üçün də örnək olmalıdır. Qardaş Türkiyə üçün xeyirli-uğurlu olsun!»

 

http://deyerler.org/92319-natiq-ceferli-turkiye-seckileri-ve-neticeleri-azerbaycan-ucun-de-ornek-olmalidir.html

 

Для ответа с цитированием необходимо
выделить часть текста исходной записи