Блог О пользователеnatiqceferli

Регистрация

 

REAL hərəkatı Türkiyədəki Azərbaycan əsilli vətəndaşları 12 Haziran seçkilərində Cümhuriyyətin əsaslarının möhkəmlənməsinə səs verməyə çağırdı


 

        REAL hərəkatı Türkiyədəki Azərbaycan əsilli vətəndaşları

12 Haziran seçkilərində Cümhuriyyətin əsaslarının

möhkəmlənməsinə səs verməyə çağırdı

 

Media açıqlaması

8 iyun 2011-ci il

 

Respublikaçı Alternativ hərəkatının həmsədri İlqar Məmmədov Türkiyədə keçiriləcək 12 Haziran seçkilərini şərh edərkən, Türkiyədə yaşayan Azərbaycan əsilli vətəndaşları rəqabətli siyasi iqlimin qorunmasına işləyəcək seçim etməyə çağırdı.

 

İ.Məmmədovun sözlərinə görə, 2002-ci ildən etibarən Türkiyə həm iqtisadiyyatda, həm də siyasi standartların yüksəlməsində böyük uğurlara nail olub:

 

“Ancaq , uğur bir partinin deyil, rəqabətli siyasi və iqtisadi çevrənin uğurudur.   12 Hazirandan sonra hər hansı bir parti Ana Yasanı təkbaşına dəyişə biləcək iqtidara yiyələnərsə, bu, Türkiyənin maraqlarına zidd bir nəticə olacaqdır.  Çünki Türkiyənin gücü həm də onun Cümhuriyyət təsisatlarının möhkəmliyindədir.”

 

REAL hərəkatının həmsədri bildirdi ki, Azərbaycanda iqtidarda olan Yeni Azərbaycan Partisi tərəfindən bütün Azərbaycanın guya Türkiyədə hansısa bir partiyə dəstək verməsi haqda çıxışları həqiqət deyil:

 

“Hər bir Azərbaycan vətəndaşının Türkiyədə daha çox bəyəndiyi parti ola bilər. YAP bütün Azərbaycan xalqı adından danışmaq səlahiyyətində deyil.  Biz hər kəsi Türkiyədə Cümhuriyyətin əsaslarını möhkəmlədəcək seçim etməyə çağırırıq.”

 

 

 

Для ответа с цитированием необходимо
выделить часть текста исходной записи